Sabunçu tuneli yenidən su altında qaldı Hərəkət dayandırıldı VİDEO KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtda yağıntılı hava şəraiti Sabunçu tunelində də ciddi fəsadlara səbəb olub.
KONKRET.az BTV-yə istinadən xəbər verir ki, tunel tamamilə su altında qalıb, avtomobillərin giriş-çıxışı bağlanıb.
Müxbir bildirib ki, tuneldə böyük həcmdə su toplanıb və hazırda suyun səviyyəsi artmaqda davam edir.
Ərazidə aidiyyəti dövlət qurumlarının rəsmi nümayəndələrinə rast gəlinmədiyi qeyd olunub. Müxbir bir neçə mühəndislə söhbət edə bildiyini, lakin onların kamera qarşısında danışmaqdan imtina etdiyini bildirib.
Mühəndislərin verdiyi məlumata əsasən, ərazidə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus cəmi bir nasos fəaliyyət göstərir. Lakin mövcud nasosun gücünün tuneldə toplanan böyük həcmdə suyun tamamilə çəkilməsi üçün kifayət etmədiyi bildirilir.
Qeyd olunub ki, nasos vasitəsilə çəkilən su əsas magistral quyu xəttinə ötürülür. Bununla belə, tuneldə suyun yığılması davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 07 Noyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















