Icma.az
close
up
RU
Sabunçuda Qərbi Azərbaycana həsr olunan kitab təqdim olundu Fotolar

Sabunçuda Qərbi Azərbaycana həsr olunan kitab təqdim olundu Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

İyulun 18-də  Sabunçu Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycana həsr olunan kitabın təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Gənclər Mərkəzində mərasimdə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və  beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar kitabının I cildi təqdim olunub.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, Milli Məclisin deputatı, “Qərbi Azərbaycan” İcmasının sədri, “Qərbi Azərbaycan İrsi” kitabının həmmüəllifi Əziz Ələkbərli, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, deputat, İcmanın Ziyalılar Şurasının üzvü Arzuxan Əlizadə, İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon İcmasının sədri, Bakı Dövlət Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Zahid Cəfərov, Ziyalılar Şurasının üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, İcmanın Sabunçu rayon təşkilatının üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələri, QHT-lərin Sabunçu rayon təşkilatları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra qonaqlar Qərbi Azərbaycana həsr olunmuş fotosərgi və “Qərbi Azərbaycan Təravəti” adlı Azərbaycan brendinin istehsal etdiyi məhsullarla tanış olublar. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunduqdan sonra tədbiri giriş nitqi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qeyd edib ki, 1988-1989-cu illərdə Ermənistandan yüz minlərlə azərbaycanlı deportasiya edilib. Erməni vəhşiliyinin nümunələri təkcə soydaşlarımızın deportasiyasında özünü göstərmir. Yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın etnik mənsubiyyətinə xas olan yaşayış məntəqələrinin, coğrafi məkanların adları saxta erməni toponimləri ilə dəyişdirilib. Lakin Ümummilli Lider Heydər Əliyevin azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına ilk hüquqi-siyasi qiymət verdiyini vurğulayan A.Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün Qərbi Azərbaycanla bağlı həqiqətlərin araşdırılması və dünya ictimaiyyətinə çatdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu və Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar adlı kitabın tarixi yaddaşın qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirin sonunda “İnci” rəqs qrupunun ifasında “Zəngəzur yallısı” rəqsi nümayiş etdirilib.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyul 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri