Icma.az
close
up
RU
Sabunçuda tədbir keçirilib FOTOLAR

Sabunçuda tədbir keçirilib FOTOLAR

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

06.03.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, rayon təşkilatının sədri Araz Xudadanov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov, Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti aparatının şöbə və sektor müdirləri, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanındığını və nüfuz qazandığını söyləyib. O, bildirib ki, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı da partiyanın ideya və məqsədlərinə sadiq qalaraq, dövlətçilik ənənələrinin qorunması və milli maraqların müdafiəsi istiqamətində ardıcıl fəaliyyət göstərib. Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur.

Çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov qeyd edib ki, YAP tarixin sınaqlarından şərəflə çıxan qələbələr partiyasıdır. Çünki bu partiyanın yaradıcısı zəngin idarəçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevdir. Bu gün partiyanın gücü Ulu öndər Heydər Əliyev ideyalarından, eyni zamanda, onun siyasətinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. 15 oktyabr 2003-cü il ölkəmizinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qədəm qoyub. Prezident cənab İlham Əliyev məhz həmin tarixdən başlayaraq ölkəmizin nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Rəna Vəliyeva vurğulayıb ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək millətə, xalqa, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Ölkəmizin əldə etdiyi zəfərlərdə və uğurlarda siyasi müstəvidə Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır. Yarandığı gündən bu günə qədər siyasi sistemimizin lokomativinə çevrilən YAP öz fəaliyyətinin müxtəlif mərhələlərində gələcək Azərbaycan üçün fundamental əsaslar yaratmağı bacardı. Bu təkcə siyasi sistemin yeni milli və demokratik dəyərlər əsasında inşası deyildi, həm də dövlətçiliyimizin inkişafının keyfiyyətcə yeni bir mərhələyə daxil olmasının başlanğıcı idi.

Çıxış edən ərazi partiya təşkilatının sədri Namiq Nəbiyev, partiya veteranı Oruc Məmmədov, partiya üzvü Zərifə Məmmədova bildiriblər ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisini həyat amalına çevirib, müasir, müstəqil və qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərir. Vurğulanıb ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Çıxış edənlər həmçinin xanımları “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildiriblər.

Tədbirin sonunda YAP Sabunçu rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə bir qrup təşkilat üzvünə diplom və yubiley hədiyyələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Mart 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri