Icma.az
close
up
RU
Qərbi Azərbaycana Qayıdış konsepsiyası müzakirə olundu FOTOLAR

Qərbi Azərbaycana Qayıdış konsepsiyası müzakirə olundu FOTOLAR

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə xaricdə yaşayan və öz ölkəsinin ictimai-siyasi həyatında fəal mövqe tutan Qərbi Azərbaycan əsilli qadınların iştirakı ilə online konfrans keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, “Qərbi Azərbaycana Qayıdış konsepsiyası: Qadınların rolu və vəzifələri” mövzusuna həsr olunan konfransa ABŞ, Kanada, Niderland, İngiltərə, Almaniya, Türkiyə, Qazaxstan, Özbəkistan, ümumiyyətlə, 20-yə yaxın ölkədən iştirakçı qatılıb.

QAİ-nin Qadınlar Şurasının sədri, mdeputat Məlahət İbrahimqızı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xeyir-duası ilə yaradılmış Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası haqqında ətraflı məlumat verib. O, Konsepsiyada da qeyd edildiyi kimi, 1987-91-ci illərdə Qərbi Azərbaycandan erməni vandalları tərəfindən qovulmuş, deportasiya və etnik təmizliyə məruz qalmış 300 min azərbaycanlının pozulmuş hüquqlarının süıh yolu ilə, beynəlxalq hüquq çərçivəsində, ləyaqətli şəkildə bərpası üçün bu problemin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılmasında qadınların rolunun danılmaz olduğunu vurğulayıb. Deputat bu məsələdə xaricdə yaşayan Qərbi azərbaycanlıların, xüsusilə də qadınların iştirakının zəruriliyini qeyd edib.

M.İbrahimqızı dövlətimizin başçısının söylədiyi “Qarabağ problemi kimi Qərbi Azərbaycana qayıdışın da Azərbaycan xalqının vahid ideologiyasıdır” fikirlərini xatırladaraq, dünyanın fərqli ölkələrində yaşayan Qərbi Azərbaycan əsilli fəal qadınların bütün mötəbər kürsülərdə və platformalarda haqq səsinin daha ucadan səsləndirmələrinin zamanın tələbi olduğunu bildirib. Qeyd edib ki, ancaq erməni cinayətkarları tərəfindən Qərbi Azərbaycan qadınlarının pozulmuş hüquqlarının dünyada təbliği və xalqımızın yüzilliklər boyu Qərbi Azərbaycanda yaratmış olduğu mədəni və tarixi irsin müdafiəsi məqsədilə sistemli şəkildə təşkil edilən müxtəlif tədbir və layihələrlə müvafiq beynəlxalq təşkilatlar qarşısında ciddi məsələlər qaldırıla bilər.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə İşçi Qrupunun sədri, deputat Tənzilə Rüstəmxanlı QAİ-nin Qadınlar Şurasının beynəlxalq fəaliyyətinin qurulmasında xaricdə yaşayan Qərbi Azərbaycan əsilli xanımların məlumat bazasının yaradılmasının əhəmiyyətindən danışıb.

Digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qərbi Azərbaycan İcmasının yaradılmasında və fəaliyyətində göstərdiyi misilsiz və tarixi xidmətlətinə görə təşəkkürlərini bildirməklə bu haqlı və ədalətli mübarizədə onun ətrafında sıx birləşməyi, güc və el birliyi ilə üzərlərinə düşən hər bir tapşırığı etməyə hazır olduqlarını bildiriblər.

Əslən Çəmbərək rayonundan olan və ABŞ-də Tibb təhsili almış və hazırda Kanadada Alberta Health Services infeksion xəstəxanasında həkim işləyən və bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Ruziyə Ramazanova, Niderlandın Amsterdam şəhərində yaşayan BSO müəllim işləyən, ictimaiyyətçi Bənövşə Əzizova, həmin ölkədə yaşayan ictimaiyyətçi, Pameijer şirkəti, Sosial Psixiatriya şöbəsində Sosioloji Psixoloji yönləndirmə mütəxəssisi Gülnarə Əliyeva. Londonda yaşayan, BEAS British Europe Azerbaijan school) Schoolda Piano müəllimi və ictimaiyyətçi Vüsalə Babayeva, Almaniyanın Bonn şəhərində yaşayan, sahibkar və ictimsiyyətçi Naibə Abdullayeva, Türkiyədən jurnalist , bloqer, ictimsiyyətçi, Durak Türk TV-nin aparıcısı Nigar Ögeday, Memorial Antalya xəstəxanasının həkimi,MHP-nin üzvü Əsmayə Novruzova Özermenoğlu, Eda Günday hüquqşünas vəkil, Elif Selçuk- Denizli, Ogretmen, Birleşmiş Milletler Küresel Okullar Programı Savunucusu, Rəsmiyyə Nəsibova 9 Eylül Universiteti Komputer elmləri bölümünün dosenti, Özlem Ercan- Özel İzmir Amerikan kollecində İB Biologiya müəllimi, Qazaxıstanın Aktau şəhərində1 saylı liseydə metodist və direktor müavini, tanınmış pedaqoq və ictimaiyətçi Rəfiqə Nəsibova, Özbəkistan, Daşkəndən Özbəkistan Səhiyyə Nazirliyinin idarə rəisi, Səhiyyə layihələri mərkəzinin Layihə ofisinin baş mütəxəssisi, Harvard məzuni, professor Guzalya Məmmədova, Daşkənd İnformasiya Texnologiyalar Universitetinin müəlliməsi Rubabə Əliyeva və digər çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycan xalqının vahid ideologiyasına çevrilmiş Qərbi Azərbaycana Qayıdış ideyası ətrafında birləşməsini alqışlayaraq, tezliklə prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımız üzərində ititilmiş hüquqların bərpa olunacağına inandıqlarını bildiriblər. Qayıdış konsepsiyasında əks olunmuş məqsəd və vəzifələrin Qərbi Azərbaycan əsilli qadınların da ən müqəddəs vəzifəsi olduğunu vurğalayan çıxışçılar, ən qısa zamanda Qadınlar Şurasının xaricdə yaşayan qadın soydaşlarımızla birgə fəaliyyətin yol xəritəsinin və irəli sürülmüş təkliflər əsasında hazırlanmış Fəaliyyət Planın müzakirə etmək üçün növbəti konfransın gündəliyinə salınmasını xahiş ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Fevral 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri