Icma.az
close
up
RU
Saç boyalarının sağlamlığa təsiri: Gözəllik xatirinə RİSKLƏR

Saç boyalarının sağlamlığa təsiri: Gözəllik xatirinə RİSKLƏR

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Saç boyaları uzun illərdir həm qadınlar, həm də kişilər arasında populyarlığını qoruyur. İnsanlar saçlarını müxtəlif səbəblərə – ağ saçları örtmək, görünüşlərini dəyişmək və ya sadəcə dəyişikliyi hiss etmək üçün boyayırlar. Lakin bu gözəllik prosedurunun sağlamlığa mümkün təsirləri barədə mütəxəssislər illərdir xəbərdarlıq edirlər.

Bakıvaxtı.az xəbər verir ki, saç boyalarının tərkibində amonyak, peroksid, paraben, fenilendiamin (PPD), qurğuşun asetatı və digər kimyəvi maddələr olur.
Bu maddələr boyanın saçın daxilinə nüfuz etməsinə və rənginin qalıcı olmasına kömək etsə də, uzunmüddətli istifadədə müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. Dermatoloqların fikrincə, bu maddələr dəridə qıcıqlanma, allergik reaksiyalar və hətta ekzema kimi problemlərə səbəb ola bilər. Xüsusilə həssas dərisi olan insanlar üçün saç boyaları təhlükəli ola bilər.

Bəzi araşdırmalar saç boyalarının tənəffüs yollarına da təsir edə biləcəyini göstərir. Kimyəvi maddələrin buxarlanması baş ağrısı, başgicəllənmə və hətta tənəffüs problemlərinə yol aça bilər. Xüsusilə kiçik, qapalı məkanlarda saç boyamaq bu riskləri artırır. Həkimlər saç boyama zamanı yaxşı havalandırılan yerlərdə olmağı və qoruyucu maskalardan istifadə etməyi tövsiyə edirlər.

Bundan əlavə, mütəxəssislər illərdir saç boyalarının xərçənglə əlaqəsini araşdırırlar. Bəzi elmi araşdırmalar saç boyalarının tərkibində olan bəzi kimyəvi maddələrin kanserogen ola biləcəyini göstərir. Xüsusilə uzun müddət qara və tünd rəngli boyalardan istifadə edən insanlarda sidik kisəsi xərçəngi riskinin artdığı bildirilir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) bu mövzuda dəqiq nəticəyə gəlməsə də, bəzi kimyəvi maddələrin mutagen xüsusiyyətlərə malik ola biləcəyini vurğulayır.

Saç boyalarının zərərləri təkcə insan sağlamlığı ilə məhdudlaşmır. Kimyəvi boyalar çirkab sular vasitəsilə təbiətə qarışır və ətraf mühitə zərər verə bilər. Xüsusilə ammonyak və peroksid tərkibli boyalar su hövzələrinə düşdükdə canlılara mənfi təsir göstərir. Bu səbəbdən ekoloji cəhətdən daha təhlükəsiz olan təbii və bitki əsaslı boyalara maraq artır.

Alternativ olaraq, saçlarını boyamaq istəyənlər üçün xına, basma və ya bitki əsaslı boyalar daha təhlükəsiz hesab olunur. Bunlar kimyəvi tərkibli boyalardan daha az zərərli olsa da, onların da allergik reaksiyalara səbəb ola biləcəyini unutmamaq vacibdir.

Mütəxəssislər saç boyalarından istifadə edən insanlara mütəmadi olaraq saç və dəri sağlamlıqlarını yoxlatmağı, boyadan əvvəl allergiya testi aparmağı və boyanı saçda tövsiyə olunan vaxtdan artıq saxlamamağı məsləhət görürlər. Gözəllik naminə sağlamlığı riskə atmaqdan çəkinmək üçün təbii alternativlərə üstünlük vermək daha məntiqli seçim ola bilər.
Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Mart 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri