Icma.az
close
up
RU
Gözəllik salonunda saç yumaq insult riski yaradır

Gözəllik salonunda saç yumaq insult riski yaradır

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-da aparılan araşdırmalar göstərib ki, gözəllik salonlarında saç yuma zamanı başın həddindən artıq arxaya əyilməsi ciddi fəsadlara səbəb ola bilər.

AzPost xəbər verir ki, New York Post-un məlumatına görə, bu vəziyyət onurğa arteriyalarının sıxılması və ya zədələnməsi nəticəsində insult riski yaradır.

American Journal of Emergency Medicine jurnalında dərc olunmuş elmi işdə son qırx səkkiz ildə ABŞ-da əlli dörd belə hadisənin qeydə alındığı bildirilib. Onlardan qırx ikisi məhz salonlarda saç yuma zamanı baş verib.

Həkimlər xəbərdarlıq edir ki, bu cür hallarda ilk əlamətlər qəfil iflic, başgicəllənmə, görmə pozğunluğu, balanssızlıq, baş ağrısı, ürəkbulanma və nəfəs darlığı ola bilər.

Mütəxəssislərin sözlərinə görə, xəstələrin bir hissəsində dərman müalicəsi, stentləşdirmə və ya cərrahi əməliyyat tətbiq olunur. Lakin insult tam müalicə olunmur və bəzən insanın həyat keyfiyyətində ciddi dəyişikliklərə səbəb olur.

Riskin azaldılması üçün ekspertlər saç yuma zamanı boynu dəstəkləməyi və ya proseduru başı dik vəziyyətdə aparmağı məsləhət görürlər. Əgər proses zamanı narahatlıq yaranarsa, bu barədə dərhal ustaya məlumat vermək tövsiyə olunur.

Həkimlər vurğulayır ki, sadə ehtiyat tədbirləri gələcəkdə həyat üçün təhlükəli ola biləcək fəsadların qarşısını almaqda mühüm rol oynayır.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri