Icma.az
close
up
RU
Saç tökülməsinə qarşı təbii çarə HƏFTƏDƏ 3 DƏFƏ TƏTBİQ EDİN

Saç tökülməsinə qarşı təbii çarə HƏFTƏDƏ 3 DƏFƏ TƏTBİQ EDİN

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Saç tökülməsi başlayıbsa, əvvəlcə bunun səbəblərini araşdırın. Saçlarınız niyə tökülür?

Saç tökülməsinin səbəbləri:

Stress (əsəbilik) Vitaminsizlik Hamiləlik və südvermə dövrü Hormonal pozulma

Əgər sizdə əsəb pozulması varsa, 1 ay müddətində gündə 3 dəfə yeməkdən əvvəl əsəb sakitləşdirici çay (Sedativ çay) içməyinizi məsləhət görürəm.

Vitamin və mineral çatışmazlığını aradan qaldırmaq üçün mövsümi meyvələr və göyərtilər yemək önəmlidir. Əgər sizdə qurd xəstəliyi varsa, nə qədər meyvə yeyilsə də xeyri olmayacaq. Mütləq qurdlardan yaxa qurtarmaq lazımdır. Bunun üçün 10 gün müddətində gündə 3 dəfə Teazol çayı içməyinizi məsləhət görürəm. 1 aydan sonra müalicəni təkrar edin.

Hamiləlik dövründə saçlar

Hamiləlik və laktasiya dövrlərində lazımi dərəcədə meyvə, tərəvəz, göyərti yeyilsə, əsəblərinizi qorusanız saç tökülməsi olmayacaqdır.

Hormonal pozulma zamanı qanda α-5 – reduktaza fermentinin miqdarı artır, bu da qanda dihidrotestesteronun miqdarını artırır, sonuncu saç diblərinin reseptorlarına təsir edir və keçəllik baş verir. Bu zaman  fermentləri blokadaya almaq lazım gəlir, bunun üçün cırtdan palma meyvəsinin ekstraktından istifadə olunur. Bu zaman kişilərdə həm də prostat problemləri baş qaldırır. Nat-prostat kapsulundan istifadə həm prostat vəzin xoşxassəli böyüməsində, həm də saç tökülməsində faydalıdır. Kapsul gündə 3 dəfə yeməkdən əvvəl 1-2 kapsul qəbul olunmalıdır. Müalicə ən azı 3 ay aparılır.

Bütün bunlardan əlavə saçlara normal qulluq olunmalı, saç diblərini dərinləşdirən vasitələr həmişə istifadə edilməlidir. Əgər saçlarınızın canlı, sağlam olmasını istəyirsinizsə, yuyunmazdan 2-3 saat əvvəl saçlarınızın diblərini qara zirə yağı ilə masaj edin. Yumazdan əvvəl 1 xörək qaşığı bibəriyyə, tapmasanız lavanda bitkisini 2 stəkan suda dəmləyin, üzərinə 2 xörək qaşığı alma sirkəsi əlavə edin. Yuduqdan sonra bu dəmləmə ilə saçlarınızı yaxalayın, sonra su tökməyin. Saçlarınızın soğanaqları dərinləşəcək, qaşınma və kəpək götürüləcək, saç tökülməsi dayanacaqdır. Bundan başqa həftədə bir dəfə xına qoymağı məsləhət görürəm. Qadınlar Fitoton şabalıdı və qara xınadan istifadə etsinlər, çünki bu xınaların tərkibində xınadan əlavə basma bitkisi də vardır ki, bu da saç üçün çox əhəmiyyətlidir.

Saç tökülməsinin ən yaxşı müalicə üsullarından biri də başdan 3 yerdən həcəmət olunmaqdır. Bu zaman baş dərisinin qidalanması artır, dərialtı mübadilə yaxşılaşır və saçtökülmə aradan qalxır. Hətta yeni tökülmüş saçlar belə yenidən bərpa olunur.

Yuyunan zaman çalışın dəfnə sabunu ilə yuyunasınız, bu sabun tam təbii olmalıdır və nəinki saç, bütün dəri problemləri zamanı istifadə oluna bilər.

Saçların bərpası üçün maska

Bu maska yeni tökülmüş saçları bərpa edir və yeni ağarmağa başlamış saçları qaraldır:

Kənd yumurtasının sarısı – 1 ədəd

Alma sirkəsi – 2 xörək qaşığı

Gənəgərçək yağı – 2 xörək qaşığı

İtxiyarı meyvəsi (xiyərək) – 1 ədəd

Bunları bir-birinə qarışdırın, başınıza çəkin, 2 saat gözləyin, əgər yandırsa daha az gözləyə bilərsiniz və yaxud it xiyarının yarısını istifadə edə bilərsiniz. Bu maskanı həftədə 3 dəfə edə bilərsiniz. İtxiyarını tapmaq mümkün olmadıqda maskanı onsuz da hazırlayıb istifadə etmək olar.

fizulihuseynov 

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri