Icma.az
close
up
RU
Saçların yağlılığını azaldan MASKALAR

Saçların yağlılığını azaldan MASKALAR

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Saçların həddən artıq yağlılığı çox böyük problemdir.

Bu həm insanın xarici görünüşünü korlayır, həm də saçların çox güclü tökülməsinə səbəb olur. Bu problemi həll etmək çətin olsa da mümkündür.

1. Qidalanmanızı fikir verin. Bu əsas şərtlərdən biridir. Çox yağlı, qızardılmış, hisə verilmiş, şirin qidalardan imtina edin, sağlam qidalanın, kifayət qədər su için.

2. İlk növbədə saçları düzgün yumaq lazımdır. İsti və soyuq sudan istifadə etməyin. İsti və soyuq su piy vəzilərinin fəaliyyətini daha da gücləndirir. Saçlarınızı ilıq su ilə yuyun.

3. Yağlı saçlar üçün olan xüsusi şampunlardan istifadə edin. Belə şampunların tərkibinə çobanyastığı, aloe, gicitkən, kalendula, palıd qabığı, qatırquyruğu kimi bitkiləri daxil edirlər. Bu bitkilər saçların yağlalığını azaldır.

4. Saçları yuduqda baş dərisini dırnaqlarla qaşımayın. Bu piy vəzilərin fəaliyyətini gücləndirir. Baş dərisini barmaqların ucları ilə yüngül massaj edin.

5. Balzam, saç kondisionerləri, lak, müxtəlif gel və köpüklərdən istifadə etməyin. Şotka daraqdan imtina edin, adi daraqdan istifadə edin.

6. Mümkün qədər az hallarda fendən istifadə edin.

7. Saçlarınıza saçların yağlılığını azaldan maskaları edin. Belə maskaları həftədə 2-3 dəfə etmək lazımdır:

- Kosmetik gil (ağ, göy) ilıq su ilə xama konsistensiya alınana kimi qarışdırılır və baş dərisinə massaj hərəkətləri ilə çəkilir. Maskanı 2 saat ərzində saxlayın və sonra saçlarınızı yuyun.

- Xardal tozunu ilıq su ilə qarışdırın, saçların dərisinə çəkin və 5-10 dəqiqədən sonra saçlarınızı yuyun.

- Çovdar çörəyi suda isladıb sıyıq vəziyyətinə çatdırın və saçlara çəkin. 10 dəqiqədən sonra saçlarınızı yuyun.

- 1 yumurta sarısı, 1/2 limonun şirəsi, 1 çay qaşığı bal, 1 diş sarımsaq (əzin və şirəsini istifadə edin) qarışdırın və saçların köklərinə çəkin. Sonra saçlarınızı plyonkaya və üzərindən dəsmala bükün və 1 saatdan sonra saçlarınızı yuyun.

- Yumazdan əvvəl saçların köklərinə qatığın çəkilməsi yaxşı effekt verir, yağlılığı azaldır.

- Yumazdan əvvəl baş dərisinə aloe şirəsini çəkin və 20 dəqiqədən sonra saçlarınızı yuyun.

- Yumazdan əvvəl baş dərisini simonun dilimi ilə sürtün. Bu yağlılığının azalmasına kömək edir.

- Saçları yuduqdan sonra müalicəvi bitkilərin dəmləmələri ilə yaxalayın. Bu çox effektlidir. Çobanyastığı, palıd qadığı, kalendula, nar qabığı, mayaotu toxumu istifadə edin. Bitkidən 3 xörək qaşığı götürüb 1/2 l qaynar suda dəmləyin, soyudun, süzün və təmiz saçları yaxalayın. Bir neçə bitki qarışdırmaq da olar.

- Sirkə ilə yaxalamalar da çox yaxşı kömək edir. Saçları yuyandan sonra 1 l ilıq suya  1 çay qaşığı sirkə əlavə edin və saçları yaxalayın. Naşatır spirtindən də istifadə etmək olar. 1 l ilıq suya 1 çay qaşığı naşatır spirti götürülür.

- Saçlar üçün olan xüsusi vitamin-mineral komplekslər mövcuddur. Belə komplekslərin tərkibinə dəmir, kükürd, C və B qrupu vitaminləri daxildir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri