Icma.az
close
up
RU
Sadəcə təzyiq deyil! Duzun "məhv etdiyi" 3 orqan

Sadəcə təzyiq deyil! Duzun "məhv etdiyi" 3 orqan

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Türkiyəli Daxili Xəstəliklər Mütəxəssisi Dr. Mahinur Şenol, artıq duzun yalnız qan təzyiqini qaldırmaqla yanaşı, qan damarlarından böyrəklərə qədər bütün bədənə necə zərər verdiyini izah edib.


Medicina.az xəbər verir ki, Şenol deyib:

“Cəmiyyətdə ən çox yayılmış səhv yalnız yeməyə əlavə edilən duzu nəzərə almaqdır. Lakin gündəlik duz qəbulunun böyük bir hissəsi çörək, pendir, zeytun, turşu, tomat pastası, hazır şorbalar, souslar və emal olunmuş ət məhsullarından gəlir. Xüsusilə də “gizli duz” adlanan bu mənbələr səbəbindən gündəlik limiti asanlıqla aşmaq olar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlam bir yetkin üçün gündəlik duz istehlakının 5 qramdan (təxminən bir çay qaşığı) çox olmamasını tövsiyə edir.

Dad gücləndirici kimi istifadə edilən duz, qida sənayesində də raf ömrünü uzatmaq üçün üstünlük təşkil edir. Buna görə də, qablaşdırılmış məhsulların üzərindəki etiketləri oxumaq vərdişi çox vacibdir.

Həddindən artıq duz istehlakı bədəndə suyun tutulmasına, qan həcminin və qan təzyiqinin artmasına səbəb olur".


Mütəxəssis Dr. Şenol bildirib ki, duz istehlakının azaldılması, xüsusən də hipertoniya xəstələri üçün dərman qəbul etmək qədər vacib bir addımdır:

"Ailəsində hipertoniya tarixçəsi olan şəxslər, diabet xəstələri və 40 yaşdan yuxarı olanlar daha diqqətli olmalı olmalıdır.

Müntəzəm qan təzyiqi ölçülməlidir. Həddindən artıq duz böyrəklərə yükü artırır və zamanla böyrək funksiyasının pisləşməsinə səbəb ola bilər. Bu, həmçinin ateroskleroz riskini artırır və ürək-damar xəstəliklərinə yol açır. Uzunmüddətli perspektivdə sümük sağlamlığına da mənfi təsir göstərə bilər.

Uşaqlara erkən yaşda yüksək duzlu qidalar verilməməlidir. Uşaqların dad tumurcuqları böyüklərdən daha həssasdır.

Erkən yaşda yüksək duz istehlakı sonrakı illərdə hipertoniya riskini artıra bilər. Buna görə də evdə hazırlanmış yeməklərdə duz miqdarı azaldılmalı və süfrədə duz qabı saxlanılmamalıdır”.


Mahinur Şenol duz istehlakını azaltmaq istəyənlərə aşağıdakı məsləhətlər verib:

- Yemək bişirərkən duzu tədricən azaldın.

- Süfrədə duz saxlamayın.

- Qablaşdırılmış məhsulların etiketlərindəki natrium tərkibini yoxlayın.

- Turşu, duzlu su və emal olunmuş ət məhsullarını məhdudlaşdırın.

- Duz əvəzinə ədviyyat, limon, sarımsaq və təzə otlarla dad əlavə edin.

- Çöldə yemək yeyərkən az duzlu seçimlərə üstünlük verin.

“Duz istehlakına nəzarət sağlam ürək, tarazlı qan təzyiqi və güclü böyrəklər üçün vacib bir addımdır. Profilaktik tibbin ən fundamental elementlərindən biri qidalanma vərdişlərimizi yenidən nəzərdən keçirməkdir".

Aygün

Medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 10 Mart 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri