Icma.az
close
up
RU
Sadıq Sadıqov: Gənc mütəxəssis Daviti Çivçivadzenin Rimas Kurtinaytisi həyacanlandırması “Neftçi” üçün böyük uğurdur MÜSAHİBƏ

Sadıq Sadıqov: Gənc mütəxəssis Daviti Çivçivadzenin Rimas Kurtinaytisi həyacanlandırması “Neftçi” üçün böyük uğurdur MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 may, AZƏRTAC

“Neftçi” İdman Klububunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov basketbol komandasının gümüş medalları qazanması ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Liqada 2024/2025-ci illər mövsümü başa çatdı. Ümumilikdə, sezonu necə dəyərləndirərdiniz?

- Mövsümə yaxşı başlamamışdıq. Hətta sonuncu yerdəydik. Heç kim bizi pley-offda görmürdü. Lakin mövsümün gedişində dəyişiklər etdik və sonda finala vəsiqə qazandıq.

- “Sabah”la final seriyasında qarşılaşdınız və komanda 4:2 hesabı ilə məğlub oldu…

- “Sabah”a qarşı final seriyasının oyunlarında layiqli mübarizə apardıq. Hətta iki oyunda qalib gələ bildik. Amma rəqib həqiqətən də güclü komandadır. Heyətində yüksək səviyyəli basketbolçular var. 28 yaşlı gənc mütəxəssis Daviti Çivçivadze dünyaşöhrətli məşqçi Rimas Kurtinaytisi həyacanlandırdısa, bu, “Neftçi” üçün böyük uğurdur.

- Komandada növbəti il üçün köklü dəyişikliklər gözlənilir?

-“Sabah”dan başqa, ikinci yeri tutan komanda da avrokuboklara gedə bilər. Amma hələlik dəqiq bir şey yoxdur. Müəyyən məsələlər var. Əgər beynəlxalq arenada oynasaq, heyətdə dəyişikliklər olacaq. Elə oyunçular gətirmək istəyirik ki, avrokuboklarda Azərbaycanı layiqincə təmsil edək.

- Gümüş medal qazanan komandaya mükafat verməyi düşünürsünüzmü?

-İdmançılarla bağladığımız müqavilədə yalnız çempion olacaqlarını təqdirdə mükafat alacaqları qeyd olunub. İndiki durumda bu məsələ reallaşmayacaq.

- “Neftçi” İdman Klubu olaraq basketbol üzrə seleksiya işləri aparırsınız?

- “Neftçi” İdman Klubunun aşağı yaş qrupları üzrə basketbol komandası da var. Təxminən 40-a yaxın uşaq bu idman növünün sirlərini öyrənir. Bundan əlavə, 3-4 gənc oyunçu əsas komanda ilə birgə məşq edir və legionerlərdən müəyyən biliklər alır.

- Bu prosesslə bağlı qarşınıza hansısa məqsəd qoymusunuz?

- Məqsədimiz Azərbaycan millisinə keykiyyətli basketbolçular yetişdirməkdir. Komanda üçün bundan böyük uğur ola bilməz. Azərbaycan Basketbol Liqasının matçları həddində artıq gərgin və maraqlı keçir. Bu çempinatda istənilən kollektivdən sürpriz gözləmək olar. “Quba”, “Şəki”, “Gəncə” kimi bölgə klubları liqada yaxşı mübarizə apardılar. Onların heyətində olan gənc oyunçular ölkə basketbolunun gələcəyi sayılırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri