Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə çıxış edən Qırğızıstan lideri, təşkilatdaki sədrlik missiyası uğurla yerinə yetirən Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.
Azərbaycanın səylərini vurğulayan Sadır Japarov bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.
Türk Dövlətləri Təşkilatı ölkələri arasında birgə fəaliyyətin zəruriliyini qeyd edən S.Japarov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının əhəmiyyəti artır. Qırğızıstan Prezidenti nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməli olduğunu da bildirib. Onun sözlərinə görə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə birləşdirilməsi türk dövlətlərinin tranzit potensialının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
S.Japarov sonda TDT-nin növbəti qeyri-rəsmi zirvə görüşünün 5-6 avqust 2027-ci il tarixlərində Qırğızıstanda keçirilməsini təklif edib: “Bu görüş əməkdaşlığımızı dərinləşdirmək və birgə layihələrimizi müzakirə etmək üçün yeni imkanlar yaradacaq”.
Baxış sayı:125
Bu xəbər 30 Oktyabr 2026 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















