Sadır Japarovdan Mərkəzi Asiya ölkələrinə VACİB ÇAĞIRIŞ
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələrinə səyahət etmək istəyən xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiqi üzrə işləri fəallaşdırmağı təklif edib.
O, bu təkliflə Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Çolpon-Atada keçirilən qeyri-rəsmi məşvərət görüşündə çıxış edib.
"Xalqlarımız arasındakı mədəni yaxınlıq, ortaq tarix və ənənəvi əlaqələr münasibətlərimizin möhkəm təməli olaraq qalır. Turizm sahəsində əməkdaşlıq böyük potensiala malikdir. Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini, Böyük İpək Yolunun abidələrini, dağ və göl mənzərələrini, milli ənənələri və mədəni müxtəlifliyi təklif edə bilər. Qırğızıstan Mərkəzi Asiya dövlətlərinə səfər etmək istəyən xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib", - S.Japarov bildirib.
O bu təşəbbüsü dəstəklədiklərinə görə Özbəkistan və Qazaxıstan liderlərinə təşəkkür edib: "Həmkarlarımın bundan sonrakı dəstəyinə ümid edirəm. Razılaşdırılmış mövqelərin işlənib hazırlanması üçün dövlətlərimizin xarici siyasət idarələrinə məsləhətləşmələri fəallaşdırmağı tapşırmağı təklif edirəm".//Report
Baxış sayı:190
Bu xəbər 31 İyul 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















