Icma.az
close
up
RU
Şagird məktəbdə atəş açıb: Çoxlu sayda ölən və yaralananlar var

Şagird məktəbdə atəş açıb: Çoxlu sayda ölən və yaralananlar var

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Avstriyanın Qrats şəhərində yerli məktəblərindən birində atışma baş verib. 22 yaşlı gənc 8 şagird, 1 müəllimi öldürüb, sonra intihar edib.

Sfera.az xəbər verir ki, daha 30 nəfər yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Qeyd olunur ki, hücum edən şəxs də bu məktəbdə oxuyub və zorakılıqdan əziyyət çəkib.
 

Polisin məlumatına görə, hücumçu dərs ilinin bitməsinə üç həftə qalmış beş sinif otağına atəş açıb.
 

Həlak olanlar beşinci sinifdə oxuyan dörd qız, səkkizinci sinifdə oxuyan üç orta məktəb şagirdi və binanın yaxınlığında öldürülən müəllimdir. Daha bir yaralı isə xəstəxanada dünyasını dəyişib.
 

Məlum olub ki, hücum edən şəxs özünü zorakılığın qurbanı hesab edən 22 yaşlı bu məktəbin məzunu olub. Cinayətdən sonra polis və “Kobra” bölməsi ona yaxınlaşanda o, məktəbin tualetində intihar edib.
 

Oğlanın yanında tapança və ov tüfəngi olub. O, silahları cinayətdən az əvvəl alıb.
 

Onun əvvəllər cinayət əməlinin olmadığı bildirilir.
 

Bir neçə müəllim də daxil olmaqla 30 nəfər yaralanıb. Hamısı yaxınlıqdakı xəstəxanalara aparılıb. Yaralılardan 4-nün vəziyyəti olduqca ağırdır. İlkin məlumata görə, qurbanlardan bir neçəsi başından güllə yarası alıb.
 

Şəhər və ətraf rayonlardakı xəstəxanalar dolub.
 

Polis cinayətin səbəbini rəsmən açıqlamayıb, araşdırmalar davam edir.
 

Şagirdlər, müəllimlər və valideynlər üçün psixoloji yardım təşkil olunub.
 

Onu da qeyd edək ki, məktəbə hücum 2015-ci il iyunun 20-də Qratsda üç nəfərin ölümü ilə nəticələnən kütləvi hücumun onuncu ildönümünə az qalmış baş verib.


Aynil
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyun 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri