Onlar mənim düşmənimdir, köklərini kəsəcəm Paşinyan əsəbiləşdi
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistanda seçki rüşvəti paylayanların (müxalifətin - red.) əl-ayaqlarını sındıracağıq”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan brifinqdə bildirib.
“Bunu sözün siyasi mənasında deyirəm. Açıq şəkildə bəyan edirəm. Deyirlər ki, hansısa adamın 100 və ya 50 səsi var. Ermənistanda hər bir insanın bir səsi var. Birdən çox səsi olduğunu iddia edən hər kəs mənim sinfi düşmənimdir. Belə insanları məhv etmək mənim siyasi öhdəliyimdir”, - baş nazir əlavə edib.
Paşinyan vurğulayıb ki, kim “50 və ya 200 səsim var” desə, həmin şəxsin arxasınca gedəcəklər:
“Bunu deyən də, bunun aid olduğu şəxslər də mənim sinfi düşmənlərimdir. 2018-ci ildə qeyri-zorakı, sevgi və həmrəylik inqilabı baş verdi. Bu kateqoriyadan olan insanlara qarşı isə “Böyük Oktyabr Sosialist İnqilabı” olacaq. Onların kökü kəsilməlidir”.
Baş nazir qeyd edib ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri belə sözlər desələr və ya bu cür hərəkətlər etsələr, onlara qarşı daha sərt davranacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Oktyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















