Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Şagird sayı yarım milyon azalacaq Müəllimləri nə gözləyir?

Şagird sayı yarım milyon azalacaq Müəllimləri nə gözləyir?

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara görə, 2022/2023-cü tədris ilində 151 634 müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 150 868 nəfərə düşüb. 2024/2025-ci tədris ilinin əvvəlində isə müəllimlərin sayı daha da azalaraq 146 381 nəfər təşkil edib.

"Unikal" xəbər verir ki, cins bölgüsünə baxdıqda isə qadın müəllimlərin sayında daha kəskin azalma nəzərə çarpır. Belə ki, 2022/2023-cü ildə qadın müəllimlərin sayı 124 293 nəfər idisə, 2023/2024-cü ildə bu rəqəm 124 840 nəfərə qədər artıb, amma 2024/2025-ci ildə 120 633 nəfərə enib. Kişi müəllimlərin sayında da azalma qeydə alınıb. 2022/2023-cü ildə 27 341 nəfər kişi müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 26 028 nəfərə, 2024/2025-ci ildə isə 25 748 nəfərə düşüb.

Maaşlara gəldikdə isə bir müəllimin 2021-ci ildə orta əməkhaqqı 533 manat idisə, 2022-ci ildə bu rəqəm 720 manata, 2023-cü ildə isə 830 manata yüksəlib. Artım 2024-cü ildə də davam edib və orta aylıq əməkhaqqı 920 manata çatıb. 2025-ci il üçün bu göstərici 965 manata yüksəlib.

Qeyd edək ki, Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun yaxın bir neçə ildə 50 min müəllimin ixtisar olacağını açıqladıqdan sonra bu məsələ yenidən gündəmə gəlib. 

Məsələ ilə bağlı modern.az-a açıqlama verən təhsil sahələri üzrə ekspert Elmin Nuri qeyd edib ki, ölkədə şagird sayı 100-dən az olan məktəblərin daha böyük məktəblərlə birləşdirilməsi prosesi həyata keçirilib, digər tərəfdən, xüsusilə Bakı, Sumqayıt və Abşeron məktəblərində şagird sıxlığı yüksəkdir və şagirdlər daha çox bir neçə sinifdə cəmləşir.

"Bu müəllimə olan tələbatın strukturunu dəyişir. Eyni zamanda, müasir dövrdə müəllimlik artıq alternativsiz peşə sayılmır. Müxtəlif ixtisaslar üzrə təhsil alan şəxslər yalnız məktəbdə deyil, özəl təhsil müəssisələrində, kurslarda, layihələrdə və digər proqramlarda da fəaliyyət göstərə bilirlər. Yəni müəllimin fəaliyyəti yalnız məktəblə məhdudlaşmır.

Bununla belə, Azərbaycanda hər il yüzlərlə ixtisaslı müəllim əmək bazarına daxil olur. Lakin məktəblərin və şagirdlərin sayının azalması kadr sayı ilə mövcud imkanlar arasında ciddi disbalans yaradır. Statistik göstəricilər də bunu təsdiqləyir: ildən-ilə birinci sinfə gedən şagirdlərin sayı azalır. Bu isə demoqrafik amillərlə bağlıdır”.

E. Nuri qeyd edib ki, təxminən 15 il əvvəl ümumi şagird sayı təxminən 1,6 milyon idisə, yaxın illərdə bu rəqəmin 1 milyona qədər enəcəyi proqnozlaşdırılır:

"Bu ən azı yarım milyon şagird azlığı deməkdir. Nəticədə siniflərin, dərs saatlarının və ümumilikdə məktəblərin sayı azalacaq. Bu proses müəllimlərin iş yükünə və maaşına birbaşa təsir göstərəcək” 

Ekspert qeyd edib ki, mövcud şəraitdə müəllimlər arasında rəqabət də güclənəcək. Daha hazırlıqlı, bacarıqlı və peşəkar müəllimlər iş yerlərini qoruyub saxlaya və hətta daha yüksək gəlir əldə edə biləcəklər. Digərləri üçün isə vəziyyət daha çətin olacaq”.

"Keçmişlə müqayisədə də azalma açıq görünür. Məsələn, əvvəllər bir paralel üzrə 5 sinif olduğu halda, hazırda bu rəqəm bəzi məktəblərdə 3-4-ə enib. Bu tendensiya getdikcə daha da nəzərə çarpır”.

Müəllimlər məktəbdən aslı qalmalı deyil:

"Problemi müəyyənləşdirmək vacibdir, lakin əsas məsələ onun həll yollarını tapmaqdır. Müəllimlər yalnız məktəbdən asılı qalmamalıdır. Əgər məktəbdə vakant yer yoxdursa, müəllim namizədləri illərlə müsabiqə nəticələrini gözləməməlidir. Bu baxımdan özəl təhsil sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır.

Çünki bu proses təkcə sosial-iqtisadi deyil, eyni zamanda sosial-demoqrafik xarakter daşıyır. Şagird sayının azalması zəncirvari şəkildə digər sahələrə də təsir edir. Belə bir şəraitdə əsas sual budur: müəllimlər bu dəyişikliklərə necə uyğunlaşmalıdır?

Nəticə etibarilə, rəqabətdə üstünlük qazanan müəllimlər üçün imkanlar genişlənə bilər. Lakin digərlərinin də sistemdən kənarda qalmaması üçün alternativ məşğulluq imkanlarının yaradılması zəruridir” – o qeyd edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Mart 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see363

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see317

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see283

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see259

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see256

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see247

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see236

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see230

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see228

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see226

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see210

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see209

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see206

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see203

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see202

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see201

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see198

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see197

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see187

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri