Rusiyada şagird dərsdə bir məktəblini və müəllimləri yaralayıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Çelyabinsk şəhərində yerləşən 32 saylı məktəbdə qundaqlı yay-oxdan açılan atəş nəticəsində azı iki uşaq ağır xəsarət alıb.
APA xarici mediaya istinadən xəbər verir ki, xəsarət alanlar hücumu törədən şəxs, onun sinif yoldaşıvə məktəbin bəzi müəllimləridir.
Məlumata görə, 9-cu sinif şagirdi müəllimi hədəf alsa da, ox onun sinif yoldaşına dəyib. Daha sonra o, məktəbin dəhlizində müəllimlərə qarşı bibər qazı istifadə edib və pəncərədən tullanaraq ayaqlarını sındırıb. Oxlardan biri isə onun sinif yoldaşına dəyib.
Məlumata görə, ox 15 yaşlı qızın baş nahiyəsinə dəyib, o, kəsici xəsarətlə xəstəxanaya yerləşdirilib. Hər iki şəxs Çelyabinsk şəhərindəki xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində məktəbin üç müəllimi də zərər çəkib. Onlarda göz və üz nahiyəsində kimyəvi yanıq diaqnozu qoyulub.
Hadisənin dərs zamanı baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:213
Bu xəbər 26 Mart 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















