Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Müəllimləri daha çətin imtahan gözləyir: Sayları azalacaq

Müəllimləri daha çətin imtahan gözləyir: Sayları azalacaq

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elm və Təhsil Nazirliyinin açıqlamasına görə, sertifikasiyanın birinci mərhələsində yalnız minimum biliklər yoxlanıb. 

Bu isə növbəti sertifikasiyalarda sualların daha çətin olacağı ilə bağlı gözləntiləri artırır. 

Bəzi ekspertlərin fikrincə, həmin proses müəllimlərin sayının azalması ilə nəticələnəcək. Məktəblərdə şagird- müəllim nisbətinə görə, 2013-2014-cü illərdə hər 8.5 şagirdə 1 müəllim düşdüyü halda, 2018-ci ildə bu göstərici 10.5 şagirdə yüksəlib. 

Ümumiyyətlə, sertifikasiyanın daha da çətinləşəcəyi prosesi müəllim-şagird nisbətinin dəyişməsinəmi hesablanıb? Digər tərəfdən, gələcəkdə daha çox müəllim sertifikatlaşdırmadan kəsilərsə, bunun səbəbi Elm və Təhsil Nazirliyinə tabe olan universitetlərin təhsilinin yetərsizliyi deyilmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, sertifikasiyanın ilk mərhələsində yalnız minimum biliklərin yoxlanılması faktı mövcud müəllim hazırlığının real vəziyyətini üzə çıxaran diaqnostik mərhələdir: 

“Apardığım təhlil göstərir ki, Elm və Təhsil Nazirliyi bu mərhələni “seçici filtrləmə” deyil, sistemin ümumi durumunun xəritələnməsi kimi təqdim etməklə sonrakı sertifikasiyalarda tələblərin yüksələcəyinin anonsunu verdi. Bu yanaşma müəllim-şagird nisbətinin tənzimlənməsi və təhsilin keyfiyyətində struktur dəyişikliyə keçidin əsas alətinə çevrilir. 

Azərbaycanda 2024-cü ilin rəsmi statistikası göstərir ki, ümumi təhsildə müəllim-şagird nisbəti 1:10,8-dir, lakin bu göstərici bölgələr üzrə ciddi fərqlənir: Bakı və Abşeronda 1:17-yə qədər qalxır, kiçik rayonlarda 1:6-ya qədər enir. 

Bu asimmetriya tədrisin keyfiyyətinə bir qədər mane olur, çünki OECD ölkələrində orta nisbət 1:14 civarındadır və yaxşı nəticə göstərən sistemlər – Estoniya (1:12), Finlandiya (1:13) – balanslaşdırılmış bölgü ilə seçilir. Sertifikasiya isə bu balanslaşdırmanın hüquqi-mexaniki vasitəsinə çevrilir. 

Apardığım araşdırmalar onu da göstərir ki, “minimum biliklər” mərhələsində yüksək nəticə gözlənilməməsi imtahanın şərtindən deyil, əvvəlki illərdə müəllim hazırlığının real keyfiyyətindən qaynaqlanır. “Təhsil haqqında Qanun”un 26-cı maddəsi müəllimin peşə hazırlığını dövlət standartlarına uyğun olmalı olduğunu qeyd etsə də, universitetlərin pedaqoji kadr hazırlığında bu standartların tətbiqi uzun illər formal xarakter daşıdı. 

Bunun nəticəsi kimi 2023–2024 sertifikasiyalarının nəticələrində 30–35%-lik zəif performans qeydə alındı. 2024-cü ilin monitorinq hesabatlarında göstərilir ki, pedaqoji ixtisas məzunlarının yalnız 41%-i öz ixtisası üzrə işə başlayır, bu isə universitetlərin real məktəb tələblərinə uyğun kadr hazırlamadığını sübut edir. 

Dünya təcrübəsi ilə müqayisə ediləndə bu göstərici ciddi fərq yaradır: Estoniyada bu rəqəm 72%, Sinqapurda 93%, Cənubi Koreyada 89% təşkil edir. Bu ölkələrdə müəllim hazırlığı universitet-dövlət-məktəb üçbucağı üzrə inteqrativ modellə qurulur, Azərbaycanda isə pedaqoji fakültələrin nəzəri yüklü, praktikadan uzaq olması sertifikasiyanın sərtləşməsi zamanı daha çox müəllimin çətinlik yaşamasına gətirib çıxarır”. 

Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin sertifikasiyanı mərhələli sərtləşdirməsi düzgün strategiyanın göstəricisidir, çünki sistemin keyfiyyətini artırmaq üçün əvvəlcə mövcud vəziyyətin real ölçülməsi, sonra standartların tədricən yüksəldilməsi tələb olunur: 

“Nazirliyin bu addımı müəllim-şagird nisbətində daha optimal bölgü yaradır, çünki artıq yalnız bilik-bacarığı təsdiqlənən kadrların təhsildə qalması resursların daha səmərəli idarə edilməsinə şərait yaradır. Bu, xüsusilə azşagirdli rayonlarda şişirdilmiş ştatların normallaşdırılması üçün vacibdir. Bütün bunlar uzun müddətdə məktəbdaxili keyfiyyətin yüksəlməsinə gətirib çıxarır, çünki beynəlxalq təcrübə göstərir ki, güclü müəllim kadr sistemi olmadan heç bir islahat nəticə vermir. 

OECD 2022 hesabatına görə, PISA-da yüksək nəticə göstərən ölkələrin hamısında müəllim keyfiyyətini gücləndirən sərt akkreditasiya mexanizmləri mövcuddur. Hesab edirəm ki, əgər növbəti sertifikasiyalarda müəllimlərin daha böyük hissəsi kəsilərsə, bunun səbəbini yalnız imtahanın çətinliyində deyil, uzunmüddətli ali təhsil hazırlığının keyfiyyətində axtarmaq lazım olacaq. 

Universitetlərin Elm və Təhsil Nazirliyinə tabe olması bu məsuliyyəti daha da artırır, eyni qurum həm kadr hazırlayır, həm də həmin kadrları imtahanla qiymətləndirir. Əgər qiymətləndirmə nəticələri sistematik şəkildə aşağıdırsa, bu, ali təhsilin proqramlarının yenilənməsi, praktik komponentin artırılması, müəllimlik peşəsinə qəbul tələblərinin sərtləşdirilməsi və universitet-məktəb əməkdaşlığının gücləndirilməsi zərurətini göstərir. 

Dünya təcrübəsində müəllim hazırlığı kəskin filtr üzərində qurulur: Finlandiyada müəllimliyə qəbulda rəqabət 10:1-dir, Sinqapurda isə tələbələrin yalnız 20%-i müəllimlik proqramına qəbul olunur. Azərbaycanda isə son 10 ildə pedaqoji ixtisaslara qəbul planının 80–90%-i birbaşa və problemsiz dolub, bu isə keyfiyyətə təsir edib”. 

Ekspertin fikrincə, sertifikasiyanın mərhələli sərtləşməsi həm mühüm, həm də düzgün siyasi qərardır və Elm və Təhsil Nazirliyinin keyfiyyət yönümlü idarəetməyə keçidi kimi dəyərləndirilməlidir: 

“Bu proses müəllim-şagird nisbətini normallaşdıracaq, resurs bölgüsünü daha səmərəli edəcək, məktəbdaxili peşəkarlıq mühitini gücləndirəcək və uzunmüddətli perspektivdə PISA kimi qiymətləndirmələrdə nəticələrin yüksəlməsinə təsir göstərəcək. Amma paralel olaraq ali təhsil sistemi təcili yenidən qurulmasa, sertifikasiya sadəcə “seçici mexanizm” kimi qalacaq. 

Dəyişikliklərin təsirli olması üçün universitetlərin kurikulumları yenilənməli, praktik tədris genişləndirilməli, müəllimlik peşəsinə qəbul tələbləri artırılmalı və məktəb-universitet əməkdaşlığı daha güclü model üzərində qurulmalıdır. Bu iki istiqamət bir-birini tamamlayanda Azərbaycan təhsil sistemi real keyfiyyət sıçrayışı əldə edə bilər”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

 

Açar sözlər: Müəllimlər imtahan Kamran Əsədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri