Icma.az
close
up
RU
Şagirdlər bu tarixədək niyə dərsə gəlməlidir?

Şagirdlər bu tarixədək niyə dərsə gəlməlidir?

Icma.az bildirir, Metbuat portalına istinadən.

Məktəblərdə dərs vəsaitləri artıq yığılıb, amma buna baxmayaraq, şagirdlərdən son zəngədək məktəbə davam etmələri tələb olunur. Dərslər faktiki keçirilmir və bu da 14 iyuna qədər uşaqların məktəbə getməsinin nə dərəcədə məntiqli olduğunu sorğulayır.

Təhsil eksperti Elşən Qafarov Metbuat.az-a açıqlamasında bildirib ki, tədris ilinin müddəti Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarı ilə tənzimlənir və tədris ili iyunun 14-də başa çatır. Amma çox təəssüf olsun ki, hələ may ayından etibarən ayrı-ayrı məktəblərdə dərsliklər yığılmağa başlayıb.

Ekspert bunun əsas səbəbi kimi buraxılış imtahanlarının tədris ilinin sonuna, yəni iyunun 14-nə hələ 12-14 həftə qalmış, mart və aprel aylarında keçirilməsini göstərib:

“Bu səbəbdən məktəbin əsas aparıcı qüvvəsi olan buraxılış sinifləri imtahandan sonra dərsə gəlmir və düşünürlər ki, hər şey buraxılış imtahanlarına qədərdir. Onların məktəbə gəlməməsi məktəbdə bütün nizam-intizamı, o cümlədən davamiyyəti pozur. Bu zaman bir çox hallarda dərsliklər də it-bata düşür. Təəssüf ki, direktorlar şagirdləri məktəbə cəlb edə bilmədikləri üçün alternativ olaraq dərslikləri erkən yığmağı düşünürlər. Bu isə nəticə etibarı ilə məktəbin ümumi təhsil mühitinə mənfi təsir göstərir”.

E.Qafarovun sözlərinə görə, şagirdlərin sinifdən-sinifə keçmə qaydalarına əsasən, son summativ qiymətləndirmə iyunun 11-nə qədər aparılmalı, dərsliklər isə iyunun 12-si və 13-ü tarixlərində yığılmalıdır:

“Hazırda məktəb rəhbərləri və müəllimlər çox çətin bir vəziyyətlə üz-üzə qalıblar. Şagirdləri dərsə cəlb etmək mümkün olmur, davamiyyətlə bağlı tədbirlər nəticə vermir və bu kütləvi hal aldıqda, məktəb rəhbərliyi çıxılmaz duruma düşür. Nəticədə dərsliklər də it-bata düşür və məktəblərdə təhsil mühiti getdikcə daha da pisləşir. Əslində, dərsliklər iyunun 12-13-də yığılmalıdır. Amma bu mümkün olmur. Təəssüf ki, təhsil idarəetmə orqanları da bu proseslərə nəzarət edə bilmir. Hər hansı məsələ ictimailəşəndə, məktəb rəhbərini cəzalandırmaqla problemin həllini düşünürlər. Amma məktəb rəhbərinin yanında heç kim olmur. Bu, tək-tük məktəblərdə deyil, əksər məktəblərdə müşahidə olunur və artıq sistemli xarakter daşıyır. Hətta “şagird nizam-intizam qaydalarının tətbiq olunduğu” məktəblərdə də vəziyyət eynidir”.

Ən böyük problemlərdən biri olaraq da təhsil idarəetmə orqanlarının iflic vəziyyətə düşməsini vurğulayan mütəxəssis qeyd edib ki, bu orqanlar təhsil prosesini sistemli şəkildə nə idarə edə, nə də ona nəzarət edə bilirlər:

“Təsəvvür edin ki, təkcə Bakı Şəhəri üzrə Təhsil İdarəsində üç ildən artıqdır müdir vəzifəsi vakantdır. Hazırda bu vəzifəni həm Təhsil Agentliyinin müdir müavini, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi yerinə yetirir. Ümumilikdə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ölkənin ən böyük yerli təhsil idarəetmə orqanıdır. Hər üç şagirddən biri bu idarəyə tabe olan məktəblərdə təhsil alır. Hər beş müəllimdən biri isə həmin məktəblərdə çalışır. Bu qədər böyük bir idarəetmə orqanının fəaliyyətinin iflic vəziyyətinə düşməsi də prosesə təsir edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri