Icma.az
close
up
RU
Şagirdlər dilə yalnız “imtahan predmeti” kimi yanaşmamalıdırlar Günay Əkbərova

Şagirdlər dilə yalnız “imtahan predmeti” kimi yanaşmamalıdırlar Günay Əkbərova

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dövlət İmtahan Mərkəzinin IX sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modelini tətbiq etməsi təhsil sistemimiz üçün mühüm yenilikdir. Bu addım sadəcə bilik ölçməyə deyil, şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Əslində bu, imtahanı yalnız nəticə yoxlama vasitəsi kimi deyil, həm də öyrənməni stimullaşdıran alətə çevirmək deməkdir”.

Bu fikirləri 525.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, Finlandiya, Estoniya, Sinqapur kimi qabaqcıl ölkələrdə dil imtahanları yalnız qapalı test suallarına əsaslanmır. Burada oxu, dinləmə, yazı və danışıq bacarıqları kompleks şəkildə qiymətləndirilir. Məqsəd şagirdin dili real həyat situasiyalarında necə tətbiq edə bildiyini üzə çıxarmaqdır. Azərbaycanın da bu istiqamətdə addım atması beynəlxalq standartlara uyğunlaşma baxımından önəmlidir və şagirdlərə dilin “imtahan predmeti” yox, “ünsiyyət vasitəsi” olduğunu hiss etdirir:

“Əlbəttə, yeni model bizim reallığımızda həm imkanlar, həm də çətinliklər yaradır. Hazırkı dərsliklər və müəllimlərin ənənəvi yanaşmaları əsasən qrammatika və test tapşırıqlarına fokuslanıb. Yeni model isə yaradıcı yazı, oxuduğunu və eşitdiyini anlama, fikrini ardıcıl təqdim etmə kimi bacarıqları tələb edir. Bu isə həm müəllimlərin metodik dəstəyini, həm də resursların zənginləşdirilməsini zəruri edir. Əgər bu istiqamətdə ardıcıl iş aparılarsa, yeniliyin təsiri təkcə imtahan nəticələrində deyil, ümumilikdə tədris keyfiyyətində də görünəcək. Burada müəllimlərin rolu xüsusi vurğulanmalıdır. Onlar ənənəvi test tapşırıqları ilə yanaşı, şagirdlərə yazı və danışıq fəaliyyətləri təşkil etməli, dinləmə materiallarından daha çox istifadə etməli, qiymətləndirməni yalnız səhvlərin axtarışı yox, dil bacarıqlarının inkişafı prizmasından aparmalıdırlar. Özlərinin də metodiki cəhətdən yenilənməsi və beynəlxalq təcrübəni izləməsi mühüm əhəmiyyət kəsb edir. Şagirdlər isə dilə yalnız “imtahan predmeti” kimi yanaşmaqdan imtina etməlidirlər. Onların gündəlik həyatlarında dili praktik tətbiq etməsi, oxu və dinləmə vərdişlərini genişləndirməsi, qrammatikanı sadəcə əzbərləmək deyil, fikir ifadə etmə ilə birləşdirməsi vacibdir. İmtahana hazırlığı çətinlik deyil, praktik bacarıqlarını gücləndirmək imkanı kimi görmək şagirdlərə əlavə motivasiya verəcək. Bu modelin 2027-ci ildən XI sinif buraxılış imtahanlarında da tətbiqi nəzərdə tutulur ki, bu da tam orta təhsilin məzmununun yenilənməsi baxımından məntiqli və zəruri addımdır. Beləliklə, Azərbaycan təhsil sistemi beynəlxalq meyarlara daha da yaxınlaşacaq, məzunlarımız isə həm ölkədaxili, həm də qlobal miqyasda daha rəqabətədavamlı olacaqlar. Ümumilikdə, bu yeniliyi böyük fürsət kimi görürəm. Əgər müəllimlər, şagirdlər və valideynlər prosesi düzgün anlayıb dəstək versələr, biz yalnız imtahan nəticələrində deyil, həm də ümumi təhsil mühitində keyfiyyətli dəyişikliklərin şahidi ola bilərik”.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see288

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see236

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see202

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see192

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see178

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see171

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see165

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see164

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see146

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see143

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see142

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see141

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see140

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see138

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see136

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see135

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri