Icma.az
close
up
RU
Bu təhsil sisteminə keçdikdə, şagirdlər birbaşa özlərinə lazım olan fənləri keçəcəklər Ekspertdən AÇIQLAMA

Bu təhsil sisteminə keçdikdə, şagirdlər birbaşa özlərinə lazım olan fənləri keçəcəklər Ekspertdən AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Keçmiş təhsil naziri Misir Mərdanov bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda verilən suallar orta məktəb şagirdlərinin səviyyəsinə uyğun olmalıdır. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, biz hazırda mövcud tədris prosesindən yuxarı sinif şagirdlərinin faydalandığını görə bilmirik:

"Misir Mərdanovun müsahibəsində dediyi fikirləri mən illərdir bəyan edirəm. Hətta bu istiqamətdə mən Elm və Təhsil Nazirliyinə rəsmi məktub yazıb, fikir və təkliflərimi bildirmişdim. Yuxarı sinif şagirdləri müxtəlif yollara istiqamətlənirlər. Repetitor yanına və ya hazırlıq kurslarına üz tuturlar. Təklifim bu idi, biz təhsil sistemini 3 hissəyə bölürük. Birincisi, ibtidai təhsil 1-4-cü sinifləri əhatə edəcək. İkincisi, icbari təhsil 5-ci sinifdən 9-cu sinifə qədər davam edir. 9-cu sinifdə buraxılış imtahanı verilərək icbari təhsil yekunlaşır və attestat alırlar. Üçüncü təhsil sistemi ali təhsilə hazırlıqdır. Universitetə hazırlıq istiqamətində əslində müəyyən işlər görülməlidir. Həm maddi, həm mənəvi olaraq bir az çətinliklərimiz ola bilər. Niyə? Çünki dərsliklər sıfırdan yazılmalıdır, illik planlar dəyişdirilməlidir, dərs cədvəllərində dəyişiklik olmalıdır. Bunu etsək, gələcək illərdə müəyyən çətinliklərlə qarşılaşmayacağımızı düşünürəm. Müvafiq dərsliklər hazırlamalıyıq. Onsuz da Elm və Təhsil Nazirliyi hər il müxtəlif fənlər üzrə dərsliklər tərtib edir. Mən bunu 10-11-12-ci sinif deyə təklif etmişdim. Bu, 10-11-ci sinif də ola bilər, fərqi yoxdur. Bunun qərarını nazirlik verəcək".

Ekspert qeyd etdi ki, plan və proqram həyata keçirilməlidir.

"11-ci sinifə gələn şagird 3-cü qrupa hazırlaşırsa, bu uşaq coğrafiyadan niyə 2 saat dərs keçməlidir? 2-3 saat dərs keçilən mövzuları 1 saata sala bilərik. Rəsm, musiqi ixtisar edilə bilər. Gücü əsas fənnlərə verəcəyik. Sertifikasiyada yüksək nəticə əldə edən müəllimləri universitetə hazırlıq qruplarına cəlb edərik. Həm onların dərs saatları artar, həm də imtiyazları artmış olar. Bu, həm müəyyən qədər sertifikasiyanın da reklamı olar. Müvafiq addımlar atılmalıdır. Əlbəttə, çətinliklər olacaq. Plan, cədvəl hazırlanması müəyyən işlərdir. Amma edilməyəcək işlər deyil. Türkiyə bu üzərindən irəliləyir. Bunun müsbət tərəfini onlar illərdir görür. Şagirdlər birbaşa özlərinə lazım olan fənləri keçirlər. Biz də bu sistemə mütləq keçməliyik. Bu sistemin imkansız ailələrin övladlarının oxumasına təsiri olacaq. Həm də yuxarı sinif şagirdləri dərsə gəlməyə cəlb olunacaq".

R.Nurəliyevin sözlərinə görə, dərs uşağa mənasızdırsa, gəlməmək üçün bəhanələr tapacaq.

"Biz beləcə onlara da yol açmış olacağıq. Biz o şagirdi məktəbdə qidalandırırıqsa, onun başı təhsilə qarışacaq. Bu, repetitorluğun, kurs fəaliyyətinin qarşısını alacaqmı? Xeyr. Bu işi görən yenə görəcək, meyil edən isə edəcək. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi qısa zamanda bu məsələyə həll tapmalıdır. Təhsil sistemi bizə nə qazandıracaq? Universitetə hazırlıq istiqamətində abituriyentlərə ciddi dəstək verəcək. Sertifikasiya imtahanının dəyərini artırmış olacaq. Yüksək bal toplayan müəllimlər bunu bir imtiyaz kimi qəbul etmiş olacaqlar. Şagirdlərin davamiyyəti artırılacaq. İmkansız ailələrin uşaqlarına isə bu sistemin faydası olacaq. Dərsliyin hazırlanması vəsait tələb edərsə, şagirdlər özlərinə lazım olan vəsaiti əldə etmiş olacaqlar. DİM mövzular ətrafında sual salmağa məcburdur", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 May 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri