Sağlam olmayan münasibətlərin 4 əlaməti Psixoloq xəbərdarlıq etdi
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Birtərəfli ünsiyyət emosional istismarın əsas əlamətlərindən biri ola bilər.
Ölkə.az xəbər verir ki, bu barədə klinik psixoloq Yekaterina Savina danışıb.
Onun sözlərinə görə, əgər bir insan sizə mütəmadi olaraq problemlərini danışır, lakin sizin həyatınıza maraq göstərmirsə, bu, artıq təhlükə siqnalıdır: “Bu halda qarşılıqlılıq yoxdur. Siz dəstək verirsiniz, amma eyni münasibəti görmürsünüz. Bu isə emosional istifadə deməkdir”.
Psixoloq qeyd edib ki, ikinci vacib əlamət emosional tükənmədir. Ünsiyyətdən sonra insan özünü yorğun, əsəbi hiss edirsə, bu münasibət sağlam sayılmır.
Savinanın sözlərinə görə, şəxsi sərhədlərin pozulması da diqqət yetirilməli məqamlardandır: “Əgər qarşı tərəf istənilən vaxt yazır və ya zəng edir, dərhal cavab gözləyirsə, bu artıq sizin sərhədlərinizin nəzərə alınmadığını göstərir”.
Ekspert əlavə edib ki, səbəbsiz günahkarlıq hissi də belə münasibətlərin göstəricisidir. Yəni insan kömək etmək istəmədikdə özünü günahkar hiss edirsə, bu artıq psixoloji təzyiqin nəticəsidir.
Psixoloq vurğulayıb ki, əsas meyar “verib-almaq” balansıdır: “Əgər bu balans daim pozulursa, bu barədə ciddi düşünmək lazımdır. Öz hisslərinizə diqqət yetirin: davamlı gərginlik və ünsiyyətdən qaçmaq istəyi münasibətin sağlam olmadığını göstərir”.
Mütəxəssis vəziyyətdən çıxış yolu kimi ilk növbədə problemin qəbul edilməsini tövsiyə edir. Onun sözlərinə görə, insan öz sərhədlərini müəyyənləşdirməli, ünsiyyət vaxtını məhdudlaşdırmalı və lazım olduqda dərhal cavab verməməlidir.
“İmtina etməyi öyrənin - sakit və izahsız. Qarşı tərəfin reaksiyasına diqqət yetirin, əgər o, sizin sərhədlərinizə hörmət edirsə, münasibəti qorumaq mümkündür. Əks halda, məsafə saxlamaq daha doğru olar”, - deyə o bildirib.
Savina sonda qeyd edib ki, sağlam münasibətlər qarşılıqlı dəstək üzərində qurulur, tək tərəfli fədakarlıq üzərində yox.(publika)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 30 Aprel 2026 04:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















