Sağlam və savadlı nəslin formalaşmasına nail olmaq mümkündür
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Məlum olduğu kimi, Prezident İlham Əliyev 5 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikləri və Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Yeni qaydaların əsas məqsədi uşaqların rəqəmsal mühitdə zərərli məzmunun təsirindən qorunması və onların təhlükəsizliyinin təmin edilməsidir.
Azyaşlıların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması bu gün dünyanın əksər ölkələrində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin və cərimələrin müəyyənləşdirilməsi uşaqların hüquqlarının və psixoloji sağlamlığının qorunmasına xidmət edən mühüm qərar və vacib hüquqi mexanizmdir.
16-18 yaşarası istifadəçilərin hesablarında yerləşdiriləcək məzmun və reklamların dairəsi, eləcə də platformadan istifadə saatları qanuni nümayəndə tərəfindən idarə olunacaq. Platforma provayderləri isə bu məqsədlə müvafiq valideyn nəzarəti funksionallığını təmin etməlidirlər. Eyni zamanda, provayderlər istifadəçilərin davranışlarını mütəmadi təhlil etməli, bəyan olunan yaşla bağlı əsaslı şübhələr yarandıqda təkrar yaş yoxlanılması həyata keçirməlidirlər. Beləliklə, fərdi məlumatların qorunmasına xüsusi diqqət yetirilir. Yaşın yoxlanılması məqsədilə toplanmış fərdi məlumatların informasiya sistemlərində saxlanılması, üçüncü şəxslərə ötürülməsi, habelə kommersiya və ya hədəfli reklam məqsədilə istifadəsi qadağan olunur. Bundan əlavə, platformalar şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların və profilinin sistemdən tam silinməsini təmin etməlidirlər.
Sosial şəbəkələr düzgün və nəzarətli istifadə edildiyi halda maarifləndirici və inkişaf yönümlü imkanlar təqdim edir. Lakin yaşına uyğun olmayan məzmuna erkən çıxış, sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək və virtual ünsiyyətə həddindən artıq aludəçilik uşaqların fiziki, emosional və sosial inkişafına mənfi təsir göstərir. Xüsusilə şəxsiyyətin formalaşdığı dövrdə uşaqlar virtual mühitdə qarşılaşdıqları məlumatları düzgün qiymətləndirməkdə çətinlik çəkirlər. Bu isə onların psixoloji vəziyyətinə, davranışlarına və dünyagörüşünün formalaşmasına təsirsiz ötüşmür.
Bununla yanaşı, rəqəmsal platformalarda şəxsi məlumatlar, naməlum şəxslərlə ünsiyyət, zorakılıq və zərərli məzmunla qarşılaşma kimi təhlükələr də azyaşlıların təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur. Məhz buna görə yaş məhdudiyyətlərinin tətbiqi və platformaların bu qaydalara əməl etməsinə nəzarətin gücləndirilməsi müasir dövrün zəruri tələblərindəndir.
Lakin bu istiqamətdə təkcə hüquqi mexanizmlər kifayət etmir. Valideynlərin rəqəmsal savadlılığının artırılması, ailədaxili nəzarətin gücləndirilməsi, məktəblərdə təhlükəsiz internetdən istifadə vərdişlərinin aşılanması və uşaqlarla açıq dialoqun qurulması da mühüm əhəmiyyət kəsb edir. Uşaqlar internetdən tamamilə təcrid edilməməli, əksinə, onlara rəqəmsal mühitdən təhlükəsiz və məsuliyyətli istifadə bacarıqları öyrədilməlidir.
Hesab edirəm ki, ailələrin, təhsil müəssisələrinin və platformaların birgə məsuliyyəti nəticəsində sağlam, psixoloji cəhətdən dayanıqlı və rəqəmsal savadlı nəslin formalaşmasına nail olmaq mümkündür.
Könül Nurullayeva
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 06 Avqust 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















