Icma.az
close
up
RU
Sağlamlığı riskə atan bitkilər Bunları qarışdıraraq istifadə etməyin!

Sağlamlığı riskə atan bitkilər Bunları qarışdıraraq istifadə etməyin!

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Havaların soyuması ilə bir çox insan immunitetini gücləndirmək, rahatlamaq və zövq almaq üçün bitki və meyvə çaylarına üz tutur, lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu cür bitkilərin etibarlı yerlərdən alınmış, düzgün növlərin seçilməsi vacibdir. Xüsusilə cökə(ıhlamur), adaçayı, itburnu və ekinezya kimi bitkilər ənənəvi olaraq qış mövsümünün ayrılmaz hissəsinə çevrilir. Açıq şəkildə və ya nəzarətsiz şəraitdə satılan bitkilərin sağlamlıq baxımından risk daşıya biləcəyinə diqqət çəkən ekspertlər bildirir ki, bitki çaylarının etibarlı mənbələrdən əldə edilməsinin vacibliyini vurğulayır.

Qaynarinfo xəbər verir ki, ekspertlər həmçinin bir-biri ilə qarşılıqlı təsiri sağlamlıq riski yaratmayan qarışıqlar üçün əczaçıların tövsiyəsi ilə satışa çıxarılan markalı, paketlənmiş çaylara üstünlük verilməli olduğunu qeyd edirlər.

Bu məhsullarda risk gözlə görünməsə də çox yüksəkdir

Bitki və meyvə çayı istehlakında ən vacib məsələ qida təhlükəsizliyidir. Hər hansı bir bitkinin "təbii” olması onun təhlükəsiz və ya sağlam olduğu anlamına gəlmir. İstehsaldan qablaşdırılmaya qədər keçən proses əgər izlənilə bilən, nəzarətli və standartlara uyğun deyilsə, istehlakçı üçün risk yarada bilər.

Xüsusilə açıqda və ya qablaşdırılmamış satılan məhsullarda nə qədər müddətdir saxlanıldığı, hansı şəraitdə qorunduğu, içinə başqa növlərin qarışıb-qarışmadığı, pestisid, ağır metal və ya toksin ehtiva edib-etmədiyi bilinmir. Bu qeyri-müəyyənlik istehlak zamanı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Bu səbəbdən istehlakçıların istehsal şəraiti şəffaf olan, analizi tamamlanmış, gigiyena standartlarına uyğun şəkildə hazırlanmış etibarlı və tanınmış markaların paket çaylarına üstünlük verməsi böyük əhəmiyyət daşıyır.


Bitki çayında əsas məsələ təbii olmaq deyil, doza və qarşılıqlı təsirdir

Bitki çaylarının "təbii” olduğu üçün istənilən qədər içilə biləcəyinə dair yayılmış fikir doğru deyil. İsveçəsilli tanınmış kimyaçı həkim Parasels əsas prinsipini xatırlayaq:

Hər şey zəhərdir; zəhər olmayan heç nə yoxdur. Zəhərlə dərmanı ayıran yalnız dozasıdır.

Su belə həddindən artıq qəbul edildikdə zərər verə bilər. Bitki çaylarında isə bu həssaslıq daha kritikdir. Bitkilər bir çox dərmanların təsiredici maddələrinin mənbəyidir; buna görə də bitki çayları farmakoloji təsir daşıyır. Bu səbəbdən tövsiyə olunan gündəlik qəbul miqdarı 3–5 fincanla məhdudlaşdırılır.


Qarışım hazırlamaq risklidir: Təsirləri ciddi nəticələr yarada bilər

Bitki çaylarında yalnız miqdar deyil, hansı bitkinin hansı bitki ilə birləşdirildiyi də böyük əhəmiyyət daşıyır. Özbaşına qarışım hazırlamaq və ya tərkibi bilinməyən, açıqda satılan məhsullardan istifadə etmək ciddi risk yaradır. Bitkilər bir-biri ilə və ya qəbul edilən dərmanlarla qarşılıqlı təsirə girə bilər.

Xüsusilə ürək, təzyiq, şəkər, qalxanabənzər vəzi kimi xroniki xəstəlikləri olan şəxslərdə bu qarşılıqlı təsirlər ciddi nəticələr doğura bilər. Buna görə də əczaçılar və mütəxəssislər tərəfindən formullaşdırılmış etibarlı markaların məhsullarının seçilməsi tövsiyə olunur. Təsadüfi hazırlanmış qarışıqlardan uzaq durmaq həm təhlükəsizlik, həm də sağlamlıq baxımından həyati əhəmiyyət daşıyır.


Xüsusilə qış aylarında tərkibi bilinməyən qarışıqların istehlakından çəkinmək lazımdır. Hər hansı bir bitki tək başına faydalı ola bilər, lakin yanlış kombinasiyalar, yanlış dozalar və ya insanın sağlamlıq vəziyyəti ilə uyğun olmaması risk yarada bilər.

Günay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri