Icma.az
close
up
RU
Sağlamlığımızın YENİ DÜŞMƏNİ aşkarlanıb. Sən demə, yağ deyilmiş...

Sağlamlığımızın YENİ DÜŞMƏNİ aşkarlanıb. Sən demə, yağ deyilmiş...

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uzun illər ərzində mütəxəssislər ürək xəstəliklərinin və piylənmənin əsas səbəbini yağlı qidalarda görürdü.

Belə hesab olunurdu ki, yağlı qidalar orqanizmdə "pis" xolesterinin səviyyəsini artırır ki, bu xolesterin də damarlarda toplanaraq damarların daralmasına, daha kövrək və zəif olmasına, tez partlamasına səbəb olur. Bu isə ürək-damar sistemi xəstəliklərinin, insult və infarkt kimi ağır pozulmaların riskini artırır.

Bu səbəbdən mütəxəssislər insanlara qidalanmada yağları mümkün qədər məhdudlaşdırmağı  tövsiyə edirdilər. Bu illər ərzində davam etsə də heç bir müsbət nəticə verməyib. Əksində bu qidalanma prinsipi xüsusilə populyar olan ölkələrdə (xüsusilə ABŞ-da) ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölüm hallarının sayı daha da artıb.

2011-2012-ci illərdə alimlər yeni araşdırmalar nəticəsində belə qərara gəliblər ki, yağlı qidalardan imtina heç də ürək-damar sistemi xəstəliklərdən qorumur. Dünyada ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi yağlar deyil, şəkər və tütündür.

"Komsomolskaya pravda" xəbər verir ki, Kaliforniya Universiteti alimi professor Henrix Şmidt sübut edib  ki, məhz şəkərin çoxlu miqdarda qəbulu  ciddi damar problemlərinə və nəticədə insulta səbəb olur. Orqanizmdə şəkər (fruktoza və ya qlükoza) molekulları zülallar və piylərlə birləşir ki, bunun nəticəsində "fruktozamin" maddəsi əmələ gəlir. Bu maddə hüceyrələrdə toplanaraq damar divarlarını zədələyir və həmçinin dərinin kollagen və elastan liflərinin dağılmasına səbəb olur. Nəticədə insanın damarları və dərisi qocalır, zəifləyir. Zəif damarlar daha tez partlayır ki, bu da insulta səbəb olur.

Digər araşdırmalar göstərib ki, şəkər həmçinin sümüklərin sağlamlığına mənfi təsir edir və immun sistemini zəiflədir.

Beləliklə, özünüzü ürək-damar sistemi xəstəliklərindən, piylənmədən və tez qocalmaqdan sığortalamaq istəyirsinizsə şəkərin qəbulunu məhdudlaşdırın. Alimlər gün ərzində 4-6 çay qaşığından artıq şəkəri qəbul etməyi tövsiyə etmir. Söhbət tək təmiz şəkərdən getmir. Şəkər bir çox hazır məhsulların, qazlı içkilərin və s. tərkibinə daxildir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri