Icma.az
close
up
RU
Sağlamlığın aynası zəruri müayinə

Sağlamlığın aynası zəruri müayinə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Hazırda həkimlər əksər xəstəliklərin yaşdan asılı olmayaraq, gəncləşdiyini bildirirlər. Hansı tibb müəssisəsinə yolun düşürsə, uzun növbələrə şahid olursan. Doğrudur, bu hal ölkəmizdə icbari tibbi sığortanın tətbiqindən sonra daha geniş şəkil alıb. Çünki maddi imkana bağlı aztəminatlı ailələr üçün bəzi müayinələrə əlçatanlıq yaranıb. Mütəxəssislər hər kəsə ildə bir dəfə “chek–up” müayinədən keçməyi tövsiyə edirlər.

“Chek–up” müayinə xəstə olmayan insanların sağlamlıqlarını vaxtaşırı yoxlamaq, xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və qarşısının alınması üçün aparılan tibbi müayinə kompleksidir. Şikayəti olmayan bütün yaş qrupları üçün ildə bir dəfə olunması məsləhət görülən skrininq xidmətidir. Düşünəndə ki, indi 18–20 yaşında olan gənc də, 50–60 yaşlı insan da eyni xəstəliklərlə üzləşir, onda “chek–up” müayinə olunmaq barədə düşünməli olursan. Amma məsələ ondadır ki, yaşlı və gənc iki insanın müalicəsi və sağalması zamanca fərqli olur. Gənc orqanizm müalicəyə daha tez reaksiya verir və tez sağalır. Yaşlı insanlarda isə bu proses çox ləng gedir və müalicə bəzən müsbət nəticə vermir.

Görəsən, 60 yaşdan sonra insana hansı müayinələr vacibdir? Bu sualla tibb elmləri doktoru, səhiyyə eksperti Yazgül Abdıyevaya müraciət etdik. Həkim bəlli yaşdan sonra hər kəs üçün ehtiyac duyulan müayinələrdən söz açaraq bildirdi:

– Bu məsələdən danışanda ortaya çox geniş bir siyahı çıxır. Elm adamları apardıqları tədqiqatlara və təcrübələrə əsaslanaraq belə nəticəyə gəlmişlər ki, 60 yaşdan sonra potensial xəstəlikləri erkən aşkar etmək üçün müntəzəm olaraq hərtərəfli müayinələrdən keçmək vacibdir. Belə olan halda, bir suala cavab vermək məcburiyyətində qalırıq: Görəsən, onlarca testdən keçmək həqiqətən vacibdirmi, yoxsa müayinə və sağlamlıqla bağlı daha ağlabatan bir yanaşma var? Bəlkə bütün orqanları MRT müayinəsindən keçirmək daha məqsədəuyğundur?

– Siz belə düşünürsünüz?

– Demək olmaz ki, tamamilə o fikirdəyəm. Belə düşunmək üçün əvvəlcə əsas konsepsiyanı aydınlaşdırmağa dəyər. Tibbi müayinə sadəcə “hər ehtimala qarşı” test, analiz deyil, bu, ciddi xəstəlik və ölüm riskini azaltmağa yönəlmiş elmi, tibbi cəhətdən etibarlı və spesifik testlər, analizlər dəstidir. Uzunmüddətli tədqiqatlarla belə nəticəyə gəlinib ki, 60 yaşdan yuxarı insanlar üçün sübuta əsaslanan tibbin əsas tövsiyələri bir neçə əsas sahədə ümumiləşdirilə bilər.

– Bunlar hansı sahələrdir və müayinələr necə aparılır?

– Öncə onu deyə bilərəm ki, bunlardan biri və vacibi kolorektal xərçəng müayinəsidir. Bu müayinəni aparmaq üçün kolonoskopiya və ya daha az invaziv ifrazatda gizli qan testi istifadə olunur. Bu testlər problemləri ən erkən, çox vaxt simptomlar müsahidə edilməyən mərhələdə aşkar etməyə imkan verir.

Növbəti müayinə ürək-damar risklərinin (qan təzyiqi, şəkər, xolesterol) monitorinqidir. Bu göstəricilərin müntəzəm monitorinqi infarkt, insult və diabetin qarşısını almağa kömək edə bilər. Məsələn, ürək və damar xəstəlikləri həmişəki kimi ölümün əsas səbəblərindən biri olaraq qaldığı üçün sadəcə, qan təzyiqini ölçmək ən əlçatan monitorinq üsuludur.

Qlükoza (şəkər) və xolesterol testləri 40 yaşdan yuxarı hər kəs üçün hər il aparılmalıdır. Qan təzyiqi ildə ən azı bir dəfə həkim tərəfindən, risk faktorları mövcud olduqda isə mütəmadi olaraq evdə ölçülməlidir.

– Bu müayinə testləri hər iki cinsə aiddir?

– Hər iki cinsdə, amma fərqli şəkildə aparılır. Qadınlar üçün bu yaşda mammoqrafiya məsləhət görülür. Bu, süd vəzi xərçənginin erkən aşkarlanması üçün əsas üsuldur. Bir çox Avropa ölkələrində bu test ümumi təcrübəçi rezidentin göndərişi ilə onkoloji müayinə proqramının bir hissəsi olaraq mövcuddur. Bizdə isə xərçəngə şübhə əlamətləri müşahidə edildikdə bu müayinə tövsiyə edilir. Bundan başqa, servikal xərçəngin müayinəsi (sitologiya və HPV yaxması) aparılır. Bu test, həmçinin onkoloji müayinə proqramına daxildir. Bu, insan papilloma virusu (HPV) tərəfindən törədilən xərçəngönü dəyişiklikləri müəyyən etməyə kömək edir.

30 ilə 65 yaş arasında müayinə tezliyi nəticələrdən asılıdır. Müayinədə HPV aşkarlanmazsa, hər 5 ildən bir test aparmaq kifayətdir. Amma analizlərdə HPV müsbət olarsa, test hər il və ya həkimin tövsiyəsi ilə fərdi qaydada aparılır. 65 yaşdan sonra isə göstəriş olmadan belə, həmin müayinə testi aparılır.

Kişilərdə isə PSA (prostata spesifik antigen) testi universal deyil və əsasən, aşkar şikayətləri olmayan kişilərdə ilkin diaqnoz üçün uyğun hesab edilir.

Bundan başqa, Sümük Densitometriyası (Sümük Sıxlığının Qiymətləndirilməsi) müayinəsi aparılır. Bu diaqnostik metod osteoporozu, sümüklərin kövrəkləşdiyi və sınıq riskinin artdığı bir vəziyyəti aşkar edir. Avropada bu test yüksək risk qruplarındakı bütün qadınlar (məsələn, az çəki, kalsium və D vitamini çatışmazlığı və ya erkən klimaksla üzləşənlər) və kişilər üçün fərdi göstərişlərə uyğun olaraq tövsiyə olunur.

– Bəs hansı testlərin aparılmasına ehtiyac yoxdur?

– Doğru sualdır. Bəzi testlər var ki, onların “hər ehtimala qarşı” aparılması, adətən, faydalı deyil və yalançı həyəcan siqnallarına, lazımsız təkrar müayinələrə və resursların israfına səbəb ola bilər. Bunlardan biri aydın tibbi göstərişlər olmadan bütün bədənin və ya fərdi orqanların MRT müayinəsidir. Bundan başqa, xəstəlik olmadığı təqdirdə, tez-tez ümumi qan testləri (məsələn, aylıq) vermək də məsləhət deyil. Bəzən insanlar özlərində hər hansı narahatlıq hiss edən kimi xərçəngin ilkin müayinəsi üçün şiş markerləri (məsələn, CEA, CA–125 və s.) üçün qan testləri verirlər. Bu yolverilməzdir. Çünki həmin müayinələrin cavabı alınana qədər insanın keçirdiyi hiss, həyəcan onun səhhətinə təsir edə bilər. Eyni zamanda, həkim məsləhəti olmadan mikroelementlərin və hormonların (D vitamini, ferritin, tiroid hormonları və s.) dərin təhlilinə də ehtiyac yoxdur. Nə qədər desək ki, erkən diaqnoz müalicənin başlıca şərtidir, amma elm və aparılan tədqiqatlar onu sübut edir ki, həkim tövsiyəsinə mütləq əməl etmək, müayinələrə yalnız ehtiyac olarsa, onun göstərişi ilə getmək lazımdır.

Müsahibəni yazdı:
Zərifə HÜSEYNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri