Icma.az
close
up
RU
“Sağlamlıq halosu”nun TƏHLÜKƏSİ: Dietik məhsulların tərkibində nə var?

“Sağlamlıq halosu”nun TƏHLÜKƏSİ: Dietik məhsulların tərkibində nə var?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər dietik qidalara maraq sürətlə artmaqdadır. Xüsusən də sağlam həyat tərzinə üstünlük verənlərin dietik qidalara tələbatı artıb.

Dietik qidalar, yalnız stevia ilə hazırlanan şirniyyatlar doğrudan da sağlam qidalanma üçün effektivdirmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışam dietoloq Şəbnəm Nəzərova bildirib ki, insanlar tez tez dietik şöbələrdən əldə etdikləri qidaların daha sağlam olduğunu düşünürlər. Buna psixologiyada "sağlamlıq halosu" effekti (health halo effect) deyilir və bu, marketinqin ən güclü silahlarından biridir:

"Dietik məhsul seçərkən etiketə deyil, tərkib siyahısına inanmaq lazımdır. Belə ki, kaloriya və porsiya ölçüsünə, inqridiyentlərin tərkibinə, şəkərin gizli adlarına və doymuş yağ-natrium miqdarına diqqət yetirmək lazımdır. Marketlərdə gördüyümüz "sıfır şəkər" yazılı məhsulların çoxunda əslində şəkər çıxarılıb, yerinə süni dadlandırıcılar qoyulub. Bunlar aspartam, sukraloza  və ya təbii şəkər adlandırılan "apple juice concentrate" ola bilir. Süni dadlandırıcıların şirinliyi yüksək olduğu üçün insanın şirin dada olan alışqanlığını artıra bilir. Daim çox şirin dadlı qidalara alışan insan zamanla adi, təbii şirinlikdə olan qidaları, məsələn, meyvələri kifayət qədər dadlı və şirin hiss etmir. Bu da şirinliyə olan tələbatı getdikcə artıran bir vərdişə çevrilir".

Şəbnəm Nəzərova: Süni dadlandırıcılar insanın şirin dada olan alışqanlığını artıra bilir

Ş.Nəzərova qeyd edib ki, sağlam qidalanmada şəkərin yeri doza və istifadə sıxlığına bağlı olaraq dəyişə bilir. Dadlandırıcılar arasında isə steviya müəyyən qədər daha yaxşı seçim ola bilir. Bitki mənşəli olması onun ən böyük üstünlüyüdür. Steviol qlikozidləri adlanan təbii birləşmələr insan bədənində parçalanmır və qan şəkərinə demək olar ki, təsir etmir. Elə buna görə də dünya səhiyyə təşkilatları onu təhlükəsiz hesab edir.

"Lavin steviya sözü hər şeyi izah etmir. Marketdə gördüyünüz "steviya" yazılı məhsul həmişə xalis steviya deyil. Çox vaxt steviya ekstraktı digər dolduruculuqla, məsələn, maltodekstrin, eritritol və ya hətta az miqdarda şəkərlə qarışdırılır ki, dad daha "təbii" alınsın və istehsal ucuz olsun. Bəzi ucuz məhsullarda isə steviya adı altında əslində əsas komponent başqa süni dadlandırıcı ola bilər”.

“Bu kimi dadlandırıcıları alarkən tərkibində əlavələrin olmamasına saf və təbii tərkibli olmasına diqqət yetirməktə fayda var", - deyə Şəbnəm Nəzərova əlavə edib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Sentyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri