Icma.az
close
up
RU
Almaniyada sağlamlıq təhlükəsi! Xəstəxanalar iflasın astanasında

Almaniyada sağlamlıq təhlükəsi! Xəstəxanalar iflasın astanasında

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Almaniyada yayımlanan yeni bir hesabat, xəstəxanaların iflas risqinin gündən-günə artdığını göstərir.

Bizimyol.info xəbər verir ki, Almaniyanın Leibniz İqtisadi Araşdırmalar İnstitutu (RWI) və Sağlamlıq Müəssisələri İnstitutu (HCB) tərəfindən hazırlanan "2025 Xəstəxana Qiymətləndirmə Hesabatı" nəşr edilib.

Hesabata görə, Almaniyada xəstəxanaların 56%-ının 2024-cü ildə zərərlə bağlanacağı və ortalama FAVÖK marjasının ilk dəfə mənfi olacağı gözlənilir.

Hesabatda bildirilir ki, 2020-ci ildə xəstəxanaların təxminən 22%-i zərərlə işləyərkən, bu göstərici 2023-cü ildə 43%-ə yüksəlib.

Xəstəxanaların ortalama iflas riski 1,8%-ə yüksəlib, 16%-i iflas riskinin artdığı "qırmızı zona"da, 21%-i "sarı zona"da və 63%-i isə "yaşıl zona"da yerləşir.

Hal-hazırda mövcud maliyyə göstəriciləri, vəziyyətin 2024-cü ildə daha da pisləşəcəyini göstərir. Hesabata görə, bir çox xəstəxananın likvidlik göstəricisi təhlükəli dərəcədə aşağıdır və xəstəxanaların yarısının yalnız növbəti iki həftə və ya daha az müddət üçün kifayət qədər maliyyə vəsaiti mövcuddur.

Hesabatda deyilir: "Almaniya xəstəxanalarının iqtisadi vəziyyəti heç vaxt bu qədər gərgin olmayıb. Sağlamlıq sistemində köklü islahatlar həyata keçirilməzsə, sosial təminat ödənişləri 2035-ci ilə qədər 50%-ə qədər yüksəlmə təhlükəsi ilə üzləşəcək ki, bu da məqbul hədlərini çox aşacaq".

Yeni federal hökumətin nəzərdə tutduğu tədbirlər, məsələnin həlli üçün doğru istiqamətdə atılmış addımlar kimi qiymətləndirilir, lakin bu tədbirlərin sağlamlıq sisteminin davamlı maliyyə sabitliyini təmin etmək üçün kifayət etmədiyi vurğulanır.

"RWI" sağlamlıq üzrə mütəxəssis Prof. Dr. Boris Augurzky məsələ ilə bağlı: "Xəstəxanaların iqtisadi vəziyyəti heç vaxt bu qədər gərgin olmamışdı", - deyə bildirib.

Almaniya koalisiyası tərəfindən təklif olunan yaxşılaşdırma tədbirlərinin ilkin başlanğıc nöqtələrini müəyyən etsə də, bu addımların yetərli olmadığı qeyd edilir. Augurzky: "Əgər iş dünyasına və vətəndaşlara əlavə yük gətirmədən dayanıqlı sağlamlıq maliyyələşməsi təmin etmək istəyiriksə, federal hökumət daha cəsur olmalıdır", - deyib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 İyun 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri