Icma.az
close
up
RU
Şah İsmayıl Əbu Hənifənin məzarın dağıdıb? Tarixi yalana son

Şah İsmayıl Əbu Hənifənin məzarın dağıdıb? Tarixi yalana son

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səfəvi dövlətinin qurucusu, Şah İsmayıl Xətai barədə kifayət qədər qeyri-dəqiq mənbələr var. Digər bir iddia isə Şah İsmayılın əhli-sünnənin dörd məzhəb fəqihlərindən biri olan, hənəfilərin imamı olan Əbu Hənifə Noman ibn Sabitin məzarın “dağıtması” ilə bağlıdır. 

Ölkə.Az xəbər verir ki, bu barədə dosent, tarix üzrə araşdırmaçı Zaur Əliyev məlumat verib. O bildirib ki, bu barədə heç bir tarixi mənbələrdə, o cümlədən yazışmalarda məlumat yoxdur:

“Əbu Hənifənin İslamın böyük ismlərindən biridir. Çox heyf ki, bəzi Şaha münasibəti məhzəb baxışında olan, o dövrə və sonrakı illərə aid bəzi qaynaq müəllifləri iddia edirlər ki, 1508-ci ildə Bağdad şəhərini azad etdikdən sonra böyük İslam fəqihi İmam Əzəm Əbu Hənifənin məqbərəsini uçurtmuş, onun qalıqlarını oradan çıxartdırıb, yandırıb və külünü küləkdə sovurub. 
Buna biz Qazı Nurullah Tustər, Burak Guy, fars tədqiqatçıları Əmir Huseyn Xonci və Kərim Yusif Cəmalidə rast gəlirik. Fars dilində olan bu əsərləri təbliğ edən isə bilirsiniz kimdir? İranda yaşayan erməni A. Sabityan. 

Çox zaman bu müəlliflər ağızdan-ağıza gəzən şayiələri yazıblar, real istinad edəcəkləri mənbələr yoxdur”.

Z.Əliyevin sözlərinə görə, adı çəkilən müəlliflər XVI əsr tarixinə dair mənbələrdən biri hesab oluna bilməz:

“Bunlardan yalnız Səfəvilər dövründə yaşamış Qazı Nurullah Tustərini o dövrə aid mənbə saymaq olar, lakin tarixçilər bilirlər ki, o dövrdə yaşayan bəziləri Şahı tərənnüm etmək adı ilə çox səhvlər ediblər. Məsəl üçün, Şahın Çaldıran savaşında Malkoçoğluna qalib gəlməsini Osmanlı səlnaməçiləri özlərinə uyğun yazmışlar, yaxud Babəklə bağlı Xilafət salnaməçiləri bilərəkdən və qəsdən onu “kafir” kimi qələmə veriblər. 

Əbu Hənifə Bağdadda vəfat etdikdən sonra vəsiyyətinə uyğun olaraq cənazəsi “Hayzuran” qəbiristanlığının şərqində dəfn edilib. Belə fakt olsaydı, mütləq Osmanlı sultanları II Bəyazidin  və I Səlimin (1465–1520) Şah İsmayıla yazdıqları məktublarda bu mütləq qeyd edilər və Əbu Hənifənin məzarının dağılması ilə bağlı ona hədə-qorxu gəlinərdi, necə ki, Səlim hər məktubunda Şaha təhqir dolu sözlər yazırdı. Şah elə etmişdisə, Əbu Həmid Əl-Qəzalinin, Təlhə və Əl-Zübeyrin məqbərələrinə niyə toxunmadı? 

İddialar var ki, guya 1509-cu ildə Şah İsmayıl Xətai Bakı qalasını alan zaman babası Şeyx Cüneyid və atası Şeyx Heydərin intiqamını almaq məqsədilə Şirvanşah I İbrahim və onun yaxınlarının məzarını dağıdıb, qəbirləri açıb və onların sümüklərini yandırıb. Bunu dəqiq arxeoloji qazıntılar və rəsmi sənədlər əsasında sübut etdik ki, bu belə olmayıb. 

O dövrdə Osmanlı-Səfəvi qarşıdurması yaratmaq iki sarayda olan casusların əsas niyyəti idi. Əbu Hənifənin məzarı ilə bağlı yalanı Osmanlı sultanı Bəyazidə verib deyirdilər: “islam yox olub gedir. Şah İsmayıla qarşı savaş qaçınılmazdır”.

Hənəfiliyin məzhəb olaraq qəbul edildiyi İstanbul sarayında əgər məzar dağılması faktı təsdiq edilsəydi, elə Bəyazid özü şahın üzərinə müharibə ilə gələrdi, öz taxt-tacını daha da möhkəmləndirərdi. 

Əgər bu cür hadisə olsaydı, Katerino Zeno, Ciovan Mario Anciolello, Mikele Membre, Antonio Tenreiron kimi səyyahların əsərlərində, yol qeydləri ilə yanaşı, Mövlana Məhəmməd Ədayi Şirazinin “Səlimnamə”, İdris Bidlisinin “Səlimşahnamə” və Şərəf xan Bidlisinin “Şərəfnamə” əsərlərində bu fakta rast gəlmək olardı. Yaxud Məlik Şah-Hüseyn Sistaninin “Tarix-i ihyaül-müluk” Mirzə bəy Cünabədinin “Rövzətüs-Səfəviyyə”,  Mirzə Məhəmməd Məsumun “Tarix-i səlatin-i Səfəviyyə” əsərlərində bu barədə bir cümlə olardı. 

Osmanlı tarixçilərinin dövrə aid faktların olduğu əsərlərində Əbu Hənifənin Şah tərəfindən dağıılmasına aid bir sətir belə yoxdur. 
Yaxud, şah və onun tərəfdarları Əbu Hənifənin məzarına belə etsəydilər, yəqin ki, Bağdad osmanlıların əlinə keçdikdən sonra – XVI əsrin birinci yarısında Osmanlı dövləti icazə verməsəydi belə, yerli hənəfilər qisas almaq üçün şiə alimlərinin orada olan türbə və məqbərələrini uçurardılar. 

Tədqiqatçı Aras Səhrli haqlı olaraq yazır: “Əbu Hənifənin türbəsinə münasibət hər iki dövlət üçün həqiqətən də prinsipial məsələ olsaydı, Şah I Abbas 1624-cü ildə Bağdadı yenidən ələ keçirdikdən sonra yəqin ki, onu təkrarən uçurtdurardı”.

Dosent Şah İsmayılın Ənu Hənifənin məzarını uçurtmasının yalan olduğunun sübutu olaraq mənbələr də təqdim edib:
“Kifayət qədər müəllif var ki, yazılarında Əbu Hənifənin məzarına hansısa müdaxilə barədə qeyd belə yoxdur. 

İndi bəzilərinin əllərində “dəlil” kimi tutduğu “Aləm arayi Səfəvi”də yazılanları o dövrü yazan Həsən bəy Rumlunun “Əhsən ət təvarix” və İsgəndər bəy Munşinin “Tarixi aləm arayi Şah Abbas” əsərləri təsdiq etmir.

Araşdırdığımız bütün mötəbər qaynaqlar və mənbələrdə hadisə barədə heç bir informasiya mövcud deyil. Ona görə Şah İsmayılın İslamın mötəbər ismi Əbu Hənifənin məzarını dağıtması barədə ciddi heç bir fakt yoxdur və olsa, mütləq etibarlı mənbələr onu təsdiq edərdi”, -  deyə o əlavə edib.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Avqust 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri