Icma.az
close
up
RU
Şah İsmayıl niyə hədəfə gətirilir?

Şah İsmayıl niyə hədəfə gətirilir?

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şah İsmayılın “Xətai” təxəllüsünü götürməsi ilə bağlı tarixçilər arasında müxtəlif fikirlər var. Onlardan biri belədir ki, o, gənclik illərində etdiyi bir səhvi “xəta” kimi dəyərləndirib və bunu unutmamaq üçün özünə bu təxəllüsü seçib. Bəlkə də bu, sadəcə rəvayətdir. Bəlkə də deyil. Tarix bu sualın dəqiq cavabını vermir. Amma əgər belədirsə, bir insanın hansı dərəcədə böyük ürəyə sahib olması lazımdır ki, öz səhvini qəbul etsin, ondan dərs alsın və ömrü boyu həmin dərsi adında daşısın. Şah İsmayıl Xətai uşaq yaşlarından yalnız dövlətçilik deyil, həm də mənəviyyat dərsi almışdı. Onun şəxsiyyəti bu cür böyüklüyə bəs edirdi.

Cəmi 36 il yaşadı. Bu qısa ömrə bir imperiya, bir ideya, bir ədəbi irs və bir xalqın taleyində dərin iz buraxmaq sığışdı. Sadəcə bir sual verək: əgər o, Səfəvi dövlətini yaratmasaydı, bu coğrafiyanın taleyi necə olacaqdı? O zaman zəifləyən Ağqoyunlular Osmanlı qarşısında duruş gətirə bilmirdi. Ölkə ayrı-ayrı bəyliklərə bölünmüşdü. Yəni, birliyi olmayan, parçalanmış bir məmləkət. Elə belə də qalacaqdımı? Yoxsa bu bir-biri ilə savaşan xırda bəylikləri böyük balıqlar udacaqdı, onlar zaman-zaman mədədən mədəyə düşəcəkdi?

Şah İsmayılın dövlət quruculuğu yolu qansız olmadı. Bunu inkar edən yoxdur. Amma sual budur: hansı dövlət tarix boyu qan tökülmədən qurulub? Nə qədim imperiyalar, nə orta əsr krallıqları, nə də müasir respublikalar… Hətta bu gün yaşadığımız müstəqil Azərbaycan dövlətinin bərpası da qansız mümkün olmadı. Minlərlə şəhid verdik. Əgər qansız dövlət olmursa, niyə məhz Xətainin adını bu qədər tez-tez “qırğınlar törətmiş” şəxs kimi qabardırlar?

Bəzilərinin Şah İsmayıl Xətaiyə qarşı yönəltdiyi əsas ittiham onun şiə məzhəbini yaymaq üçün qılınca əl atmasıdır. Bəli, bu bir tarixi faktdır: Səfəvilər dövründə şiəlik qılınc gücü ilə yayıldı. Lakin yenə də sual çıxır: biz islamı öz xoşumuzla qəbul etmişdikmi? Ərəblər bu torpaqlara təkcə kitabla gəlməmişdilər. Onların da əllərində qılınc vardı. İslam da, əslində, ilk dövrlərində qılıncın gücü ilə yayılmışdı. “Qılınc müsəlman” ifadəsi elə-belə yaranmamışdı.

Çaldıran döyüşü iki türk dövlətinin bir-birinə qılınc çəkdiyi qara ləkə kimi təqdim olunur. Ağrılıdır. Amma tarixi bir az da dərindən baxsaq, görərik ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri də türkdür. Onlar da bir-birilə mübarizə aparıblar. Yerli bəyliklər, xanlıqlar, feodal birliklər əsrlər boyu bir-birini məhv ediblər. Bəs niyə bu qədər emosiyanı yalnız Çaldırana sərf edirik? Xətaini məzhəbçilikdə ittiham edənlər, bəlkə də, özlərinin bu gün məhzəbçilik bataqlığında boğulduqlarını görmürlər.

Unutmayaq: Şah İsmayıl Xətai təkcə hökmdar deyildi, həm də dini lider idi. Reallığa baxaq, bu gün Azərbaycan əhalisinin təqribən 70 faizi şiə məzhəbindədir. İnanc şəxsi məsələdir və müzakirəyə açıq deyil. Amma bu 70 faizin özünə lider bildiyi tarixi şəxsiyyətə qarşı aparılan kampaniya hansı multikultural və tolerant dəyərlərə uyğundur? Bu sual cavabsız qalır.

Bir də İran məsələsi… İran Nizami Gəncəvini də öz adına çıxarmağa çalışır. İndi biz  Nizamidən imtina edəkmi? Yaxud fars dilində yazdığı üçün onu “farsların şairi” elan edib tariximizdən siləkmi? Milliyyət dəyişmir. İnsan dinini, məzhəbini, dilini dəyişə bilər, amma kimliyini dəyişə bilməz. Xətai Azərbaycan türküdür. Və bizimdir.

Tarix olduğu kimi öyrənildikdə qiymətlidir. Nə vaxt ki, siyasətçilər tarixi öz baxışlarına uyğun yozmağa çalışırlar, onda narazılıqlar dalğası baş qaldırır. Amma bu dalğa dənizdə yox, stəkanda olur. Səssiz, amma bulanıq. Yəni, bir udumluq can kimi…

Elnur Məmmədli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 May 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see269

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see261

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see254

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see248

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see237

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see236

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see235

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see230

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see226

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see225

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see220

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see217

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see204

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see202

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see197

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see195

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see195

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see193

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see190

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri