Icma.az
close
up
RU
“Şahdəniz Kompressiya” layihəsinin təfərrüatları açıqlanıb

“Şahdəniz Kompressiya” layihəsinin təfərrüatları açıqlanıb

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensan yatağının işlənilməsi çərçivəsində həyata keçirilən “Şahdəniz Kompressiya” (ŞDK) layihəsinin təfərrüatları açıqlanıb.

APA-Economics”in “Şahdəniz” layihəsinin operatoru olan BP şirkətinə istinadən verdiyi məlumata görə, ŞDK layihəsi üzrə fəaliyyətlərin qrafikinə əsasən 2029-cu ilin ortalarında “Şahdəniz Alfa” (ŞDA) platformasından və 2030-cu ilin ortalarında “Şahdəniz Bravo” (ŞDB) platformasından ilk qaz (alçaq həzyiqli – red.) hasilatı nəzərdə tutulur.

Qeyd olunur ki, qrafikə əsasən tikinti sahələrində quruda tikinti və istismara verilmə fəaliyyətlərinin əksəriyyətinin 2026 və 2028-ci illər arasında həyata keçiirləcəyi gözlənilir.

ŞDK layihəsinə yataqdakı alçaq təzyiqli qaz ehtiyatlarına giriş əldə etmək və onları hasil etmək və ehtiyatların çıxarılmasını maksimum həddə çatdırmaq üçün ŞD Kontrakt Sahəsində kompressiya qurğularının quraşdırılması daxildir.

Layihəyə daxildir:

- Elektriklə çalışan Əsasən Heyətsiz Qurğu (eƏHQ) (yəni, heyətsiz Şahdəniz Kompressiya (ŞDK) platforması)

- Mövcud ŞDA və ŞDB platformalarından qazın ixracı/idxalı üçün yataqdaxili sualtı qaz boru kəmərləri

- Qurğunu elektrik enerjisi ilə təchiz etmək və ŞDB-ŞDK platformaları arasında birləşdirici EFOK-u ehtiyat enerji ilə təchiz etmək üçün ümumi elektrik və fiber optik

kabel (EFOK).

ŞDK platforması ŞDA və ŞDB platformalarında qaz kompressiyası üçün baş qurğu qismində xidmət göstərəcək. O, ŞDB platformasından təxminən 3km məsafədə suyun 85m dərinliyində yerləşəcək. Səngəçal Terminalına ixrac edilməzdən qabaq ŞDA və ŞDB-dən gələn qaz, mövcud ŞDA və ŞDB qaz ixrac boru kəmərlərindən istifadə edilərək, ŞDK platformasında kompressiya olunacaq.

Görüləcək işlər ŞDA, ŞDB platformalarının və Səngəçal Terminalının mövcud infrastrurunda aparılacaq. Səngəçal Terminalında (elektrik enerjisini qəbul edən və ötürən dəstin quraşdırılmasından başqa) yeni infrastruktur tələb olunmayacaq və terminalın ərazisi genişləndirilməyəcək.

Xatırladaq ki, təqribən 860 km2 sahəni əhatə edən ŞD Kontrakt Sahəsi Bakıdan təqribən 70km cənub-şərqdə yerləşir. Kontrakt Sahəsinin işlənməsi bugünədək “Şahdəniz Mərhələ 1“nin (ŞD1) və “Şahdəniz Mərhələ 2”nnin (ŞD2) daxil olduğu mərhələlər əsasında həyata keçirilib. ŞD yatağında əməliyyatlar, ŞD1 mərhələsinin tərkib hissəsi kimi, Şahdəniz Alfa (ŞDA) platformasından hasilatın başlanması ilə 2006-cı ildə başlayıb. Şahdəniz Bravo (ŞDB) platforması ŞD2 mərhələsi əsasında işlənib və 2018-ci ildə hasilata başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Yanvar 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri