Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Şahdəniz kompressiya” layihəsi gerçəkləşdirilir

“Şahdəniz kompressiya” layihəsi gerçəkləşdirilir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu ilin 4-cü rübündə “Şahdəniz kompressiya” (ŞDK) layihəsi çərçivəsində platformanın üst modullarının tikintisinə başlanılacaq. Bu məqsədlə Şahdəniz konsorsimu ilə “Azfen” şirkəti arasında 321 milyon dollar dəyərində müqavilə imzalanıb. 

“BP-Azərbaycan” şirkətinin məlumatına görə, üst modulların tikintisi müqaviləsi bu ilin iyun ayında ŞDK layihəsi üzrə qəbul edilmiş yekun investisiya qərarından sonra layihənin icrası üçün əsas işlərin başlandığını bildirən mühüm bir addımdır. Müqavilənin iş həcminə ŞDK platforması üçün 8 min 500 tonluq üst modullar blokunun inşası, montajı, quraşdırılması və inteqrasiyası daxildir. Tikinti işləri ölkə daxilində yerli infrastruktur və resurslardan istifadə etməklə “Azfen”in Bayıldakı tikinti-quraşdırma sahəsində həyata keçiriləcək. Üst modulların tikintisi işlərinin 2028-ci ilin sonuna başa çatacağı planlaşdırılır. Bu işlərə 90 faizdən çoxu yerli mütəxəssislər olmaqla 3 mindən artıq işçi qüvvəsi cəlb olunacaq. 

İmzalanma mərasimində BP-nin layihələr üzrə baş vitse-prezidenti Yuan Drammond deyib: Düşünürük ki, “Şahdəniz kompressiya” layihəsindəki bu irəliləyiş konsorsium iştirakçıları və ümumilikdə, ölkə üçün mühüm bir hadisədir. Bu uğur layihədə çalışan komandalarımızın əzmkarlığını, yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni əməyin təhlükəsizliyi, keyfiyyət və kapital səmərəliliyi baxımından ən yüksək standartlara uyğun həyata keçirmək öhdəliyimizi bir daha vurğulayır.” 

Müqavilənin “Azfen” şirkətinə verilməsinə gəldikdə isə “BP-Azərbaycan”dan bildirdilər ki, bu, şirkətin təsdiqlənmiş təcrübəsi, o cümlədən Azərbaycanda dəniz platformaları üçün üst modulların tikintisi üzrə əvvəlki layihələrdəki uğurlu iş icrasına əsaslanır. Şirkətin Bayıldakı tam modern­ləşdirilmiş, dünya səviyyəli tikinti-quraşdırma sahəsi üst modulların inşadan sonra quruda inteqrasiyası və bütövlükdə, barja yüklənməsi üçün bütün lazımi imkanları təmin edir. Bu, “Şahdəniz kompressiya” layihəsinin qrafikə uyğun və büdcə daxilində icra olunması üçün əsas amildir.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını reallaşdırmaq və beləliklə, buradan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin “Şahdəniz” yatağından, təxminən, 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir. 

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya əsasən heyətsiz qurğu) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud “Şahdəniz-Bravo” platformasından, təxminən, 3 kilometr məsafədə quraşdırılacaq. Üzərində 4 ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq ŞDK platforması həm “Şahdəniz-Alfa”, həm də “Şahdəniz-Bravo” platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. 

Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl platformada kompressiya olunacaq. Bundan əlavə, “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri,  hasilat platformaları və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.  

Nəhəng kompressiya qurğusunun istismara verilməsi 2029-cu ildə  “Şahdəniz-Alfa”, bir il sonra isə “Şahdəniz-Bravo” platformalarından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacaq. Bir məqamı da qeyd edək ki, Şahdəniz kompressiya platforması tam olaraq elektrik enerjisi ilə çalışacaq. Bu da əməliyyatlar zamanı karbon emissiyasının yaranmaması deməkdir.  

Mirbağır YAQUBZADƏ 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri