Şahdəniz” və AÇG dən mənfəət vergisi 2 milyard manata çatacaq
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ildə Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində “Şahdəniz” və “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlarını işlədən neft-qaz şirkətlərindən dövlət büdcəsinə 1,95 milyard manat mənfəət vergisinin daxil olacağı proqnozlaşdırılıb.
AÇG layihəsinin səhmdarlarının 2025-ci ildə Azərbaycanın büdcəsinə neftin orta qiymətinin 70 ABŞ dolları olmaqla 450 milyon manat mənfəət vergisi ödəyəcəyi gözlənilir. “Şahdəniz” layihəsi üzrə fəaliyyət göstərən şirkətlərin mənfəət vergisi ödənişləri isə 1,5 milyard manat proqnozlaşdırılır. Bu proqnoza əsasən, qazın 1000 kubmetri üçün orta qiymətin 242 ABŞ dolları müəyyən edilir.
2024-cü ilin sonuna “Şahdəniz” və AÇG layihəsi üzrə mənfəət vergisi ödəmələri müvafiq şəkildə 1,93 milyard manat və 650 milyon manat olmaqla, ümumilikdə, 2,58 milyard manat təşkil edib.
Qeyd edək ki, “Azəri”, “Çıraq” və “Günəşli” dərinsulu yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü müqaviləsi 1994-cü ildə imzalanıb. 2017-ci il sentyabrın 14-də AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb və bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb. “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə isə 1996-cı ildə imzalanıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 17 Yanvar 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















