Növbəti il AÇG və “Şahdəniz”dən mənfəət vergisi üzrə daxilolmalar proqnozu açıqlanıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-ci ildə Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində AÇG layihəsi üzrə mənfəət vergisi 300 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin proqnozundan 150 milyon manat və ya 33,3 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 365 milyon manat və ya 2,2 dəfə azdır.
“APA-Economics” xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, 2025-ci il büdcə gəlirlərinin proqnozu ilə müqayisədə azalmaya səbəb AÇG üzrə neft hasilatının 3,9 milyon barel (gündəlik 10,7 min barel) azalması, eyni zamanda, “Azərilayt” markalı xam neftin bir barelinin orta satış qiymətinin 5,0 ABŞ dolları az olmaqla 65,0 ABŞ dolları nəzərdə tutulması, habelə əməliyyat və kapital xərclərinin artımı ilə bağlıdır.
“Şahdəniz” layihəsi üzrə mənfəət vergisi 1600 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 100 milyon manat və ya 6,7 faiz çox, 2024-cü ilin icrası ilə müqayisədə isə 741,0 milyon manat və ya 31,7 faiz azdır. 2025-ci ilin proqnozu ilə müqayisədə artım, təbii qazın orta satış qiymətinin cari il üzrə nəzərdə tutulmuş göstəricidən 8,3 faiz və ya 20 ABŞ dolları yüksək götürülməsi ilə əlaqədardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:232
Bu xəbər 23 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















