Icma.az
close
up
RU
Bu il “Şahdəniz” və AÇG üzrə mənfəət vergisi 2 mlrd. manata yaxın olacaq

Bu il “Şahdəniz” və AÇG üzrə mənfəət vergisi 2 mlrd. manata yaxın olacaq

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

2025-ci ildə Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarını işlədən neft-qaz şirkətlərindən dövlət büdcəsinə 1,95 milyard manat mənfəət vergisinin daxil olacağı gözlənilir.

“APA-Economics” xəbər verir ki, AÇG layihəsinin səhmdarlarının 2025-ci ildə Azərbaycanın büdcəsinə neftin orta qiymətinin 70 ABŞ dolları olmaqla 450 milyon manat mənfəət vergisi ödəyəcəyi gözlənilir. Şahdəniz layihəsi üzrə fəaliyyət göstərən şirkətlərin mənfəət vergisi ödənişləri isə 1,5 milyard manat proqnozlaşdırılıb. Bu proqnoz qazın 1000 kubmetri üçün orta qiymətinin 242 ABŞ dolları olmaqla müəyyən edilib.

2024-cü ilin sonuna Şahdəniz və AÇG layihəsi üzrə mənfəət vergisi ödəmələri müvafiq olaraq 1,93 milyard manat və 650 milyon manat olmaqla ümumilikdə 2,58 milyard manat təşkil edib.

Qeyd edək ki, “Azəri”, “Çıraq” və “Günəşli” dərinsulu yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü müqaviləsi 1994-cü ildə imzalanıb. Xatırladaq ki, 14 sentyabr 2017-ci il tarixində AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb və bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb. “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə isə 1996-cı ildə imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see177

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see159

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see156

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see153

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see137

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see124

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see122

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see121

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see121

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see118

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri