Icma.az
close
up
RU
“Şahdəniz”də bir nadir qurğu da inşa olunur

“Şahdəniz”də bir nadir qurğu da inşa olunur

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ərazisində quraşdırılacaq kompressiya stansiyasının (ŞDK) tikintisi layihəsi mühüm mərhələyə qədəm qoyub. Artıq layihə çərçivəsində dənizdə boru dayaqların quraşdırılması əməliyyatları uğurla başa çatdırılıb. Bununla da dənizdə tikinti işlərinə start verilib. Bu barədə “bp-Azərbaycan” şirkəti məlumat yayıb.

Bildirilib ki, son bir neçə həftə ərzində ŞDK platformasının dayaq blokunun əsasını təşkil edəcək dörd boru paya “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə təhlükəsiz şəkildə dənizə daşınaraq öz yerinə quraşdırılıb.

“Şahdəniz kompressiya” layihəsi çərçivəsində tikinti-quraşdırma əməliyyatları bir sıra maraqlı məqamları ilə diqqət çəkir. Şirkətdən verilən məlumata əsasən, payaların hər birinin uzunluğu təxminən 70 metr, diametri 108 düym, çəkisi isə 292 ton təşkil edir ki, bu da bp-nin Xəzərdə indiyədək quraşdırdığı ən böyük diametrli boru payalardır. Bununla yanaşı, quraşdırma zamanı payaların sabitliyini və şaquli vəziyyətdə qalmağını təmin etmək üçün xüsusi hazırlanmış 188 tonluq sualtı dayaq tavasından istifadə edilib. Layihə çərçivəsində bp-nin regiondakı əməliyyatlarında ilk dəfə olaraq paya tıxacı texnologiyası tətbiq edilib.

Bu əməliyyatlar ŞDK layihəsinin həyata keçirilməsində əhəmiyyətli bir addımdır və 2028-ci ilin birinci yarısına planlaşdırılan növbəti mühüm mərhələ – platformanın dayaq blokunun quraşdırılması üçün zəmin hazırlayır.

“Şahdəniz kompressiya” layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından aşağı təzyiqli qaz ehtiyatlarının çıxarılmasını təmin etmək və hasilatı maksimum həddə çatdırmaq məqsədi daşıyan irimiqyaslı investisiya təşəbbüsüdür. Dəyəri 2,9 milyard dollar təşkil edən layihə çərçivəsində yataqdan, təxminən, 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın kondensat hasil olunması planlaşdırılır.

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya əsasən heyətsiz qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud “Şahdəniz Bravo” platformasından, təxminən, 3 kilometr məsafədə quraşdırılacaq. Platformanın üzərində 4 ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq.

Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir. Sözügedən platformalardan çıxan qaz Səngəçal terminalına göndərilməmişdən öncə bu yeni qurğuda kompressiya olunacaq.

Tikintinin 2029-cu ildə başa çatması ilə kompressiya platformasının həmin ildə “Şahdəniz Alfa”dan, 2030-cu ildə isə “Şahdəniz Bravo”dan hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Ümumilikdə, kompressiya layihəsi “Şahdəniz” yatağından qazvermənin maksimuma çatdırılmasında mühüm rol oynacaq və əlavə qaz ehtiyatlarını əlçatan etməklə hasilatın uzunmüddətli davamlılığının təmin olunmasına töhfə verəcək.

Qeyd edək ki, “Şahdəniz” yatağı Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə yerləşir və 140 kvadratkilometrdən çox sahəni əhatə edir. 1999-cu ildə kəşf edilən yatağın ehtiyatları ilkin hesablamalara görə, təxminən, 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat təşkil edir.

Ehtiyatlarının zənginliyinə görə yatağın işlənməsi mərhələli şəkildə həyata keçirilib. 2003-cü ildə birinci mərhələ üzrə yekun investisiya qərarı verilib və 3 il sonra yataqdan kommersiya əhəmiyyətli qaz hasilatına başlanılıb. 2013-cü ildə təsdiqlənmiş “Şahdəniz-2” layihəsi çərçivəsində isə qaz hasilatına 2018-ci ildə başlanılıb. Hazırda isə yatağın işlənməsi növbəti mərhələdə – “Şahdəniz komressiya” layihəsi çərçivəsində davam etdirilir.

“Şahdəniz” layihəsi Azərbaycanda yerli sənaye potensialının və ixtisaslı kadrların inkişafına da mühüm töhfə verib. Layihə çərçivəsində minlərlə iş yeri yaradılıb, yerli tikinti və xidmət şirkətləri beynəlxalq enerji layihələrinə inteqrasiya olunub. bp-nin məlumatına görə, “Şahdəniz” yatağının fəaliyyətdə olan infrastrukturunun hazırkı hasilat gücü sutkada, təxminən, 76,8 milyon standart kubmetr qaz və ya ildə, təxminən, 28 milyard kubmetr qaz təşkil edir.

“Şahdəniz” layihəsinin səhmdarları isə bp (operator – 29,99 faiz), LUKOIL (9,99 faiz), TPAO (19 faiz), SGC (16,02 faiz), NICO (10 faiz) və MVM (5 faiz) şirkətləridir.

M.YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri