Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

BP “Şahdəniz”də 2 mühəndis layihəsi gerçəkləşdirəcək

BP “Şahdəniz”də 2 mühəndis layihəsi gerçəkləşdirəcək

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BP şirkəti “Şahdəniz” qaz və kondensat yatağının işlənməsi layihəsinin və Səngəçal terminalının operatoru kimi mühəndis-layihələndirmə işləri üzrə 2 irihəcmli müqavilənin imzalandığını açıqlayıb. Bu podrat müqavilələri 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində yekun investisiya qərarı elan olunmuş hər iki layihənin icra mərhələsinə keçidinə doğru mühüm bir irəliləyişdir.

Şirkətdən verilən məlumata görə, müfəssəl mühəndis-layihələndirmə və təchizat xidmətlərini əhatə edən bu müqavilələrin icrası SOCAR-KBR birgə müəssisəsinə verilib. Bu podrat müqavilələri “Şahdəniz kompressiya” (ŞDK) və “Səngəçal terminalının elektrikləşdirilməsi” (STEL) layihələrinin icrası üçün mühüm bir mərhələdir.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham deyib: “Şahdəniz Kompressiya” və “Səngəçal terminalının elektrikləşdirilməsi” layihələrinin irəliləyişində bu mühüm mərhələnin əldə olunduğunu bölüşməkdən çox məmnunam. İyun ayının əvvəllərində qəbul edilmiş yekun investisiya qərarlarının ardınca biz podratçı seçimi mərhələsini uğurla tamamladıq və SOCAR-KBR birgə müəssisəsi ilə 2 əsas podrat müqaviləsi imzaladıq. SOCAR-KBR şirkətinin Xəzər regionunda oxşar layihələrdə təsdiqlənmiş təcrübəsi, o cümlədən “Şahdəniz kompressiya” layihəsi üzrə əvvəlki işləri uğurla yerinə yetirməsi bu seçimdə həlledici amil olmuşdur. Bu nailiyyətin əldə olunmasında əməyi və zəhməti keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, davamlı əməkdaşlığımız nəticəsində hər iki layihə təhlükəsiz, rəqabətqabiliyyətli və qrafikə uyğun şəkildə həyata keçiriləcək”.

ŞDK layihəsi üzrə verilmiş müqavilə 43 milyon funt sterlinq dəyərindədir və 1 iyul 2025-ci il tarixində qüvvəyə minib. Bu müqavilə çərçivəsində işlərin 2026-cı ildə başa çatacağı planlaşdırılır. İş həcminə aşağıdakı qurğuların tikintisi üzrə mühəndis-layihələndirmə və təchizat dəstəyi, o cümlədən quraşdırmaya hazırlıq, istismaravermə və əməliyyat hazırlığı daxildir:

– ŞDK platforması üçün üst tikililər;

– ŞDK platforması üçün dayaq bloku və payalar;

– Quruda və dənizdə yerləşən mövcud qurğular (Şahdəniz Alfa, Şahdəniz Bravo və Səngəçal terminalı);

– Sualtı sistemlə inteqrasiyanı təmin etmək üçün sistemin layihələndirilməsi üzrə mühəndislik işləri.

STEL layihəsi üzrə verilmiş müqavilə 7 milyon funt sterlinq dəyərindədir. 2025-ci il iyulun 1-də tarixində qüvvəyə minmiş bu müqavilə çərçivəsində işlərin isə 2028-ci ildə başa çatacağı planlaşdırılır. Müqavilə elektrik şəbəkəsindən enerjinin ötürülməsi və fasiləsiz enerji təminatı üçün qoruma mexanizmini təmin etmək məqsədilə Səngəçal terminalı ərazisində bir sıra yeni avadanlıqlar və mövcud obyektlərdə aparılacaq dəyişikliklər üçün mühəndis-layihələndirmə və təchizat üzrə dəstək xidmətlərini əhatə edir.

Xatırladaq ki, 2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd “Şahdəniz” yatağındakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olunmaqdır. Layihənin yataqdan, təxminən, 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya əsasən heyətsiz qurğu) inşası nəzərdə tutulur. Üzərində 4 ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq ŞDK platforması həm “Şahdəniz Alfa”, həm də “Şahdəniz Bravo” platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq. Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

2025-ci ilin sonlarında başlanacağı planlaşdırılan tikinti işlərinin 2029-cu ildə başa çatdırılması və bununla da ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. Tikinti işləri ölkə daxilində yerli resurslardan istifadə etməklə həyata keçiriləcək və 4 minə qədər iş yeri yaradacaq.

STEL layihəsi terminalın dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək. Hazırda isə terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə və BP-nin Azərbaycanda idarə etdiyi ən böyük obyekt sayılan terminalın əməliyyatlarlarından yaranan emissiyaların azaldılmasına imkan verəcək.

Artıq 230 milyon dollar dəyərində olan STEL layihəsi üzrə tikinti işləri başlanıb. Bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur. 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək yekunlaşdırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri