Icma.az
close
up
RU
“Şahdəniz”dən tədarük dayandı: Azərbaycanlı qardaşlarımız… Vuçiç

“Şahdəniz”dən tədarük dayandı: Azərbaycanlı qardaşlarımız… Vuçiç

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 11-də Azərbaycan Serbiyaya “Şahdəniz” yatağındakı problemlərə görə qaz verə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini ilə Riçard Verma görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz azərbaycanlı qardaşlarımızdan və dostlarımızdan bildiriş aldıq ki, "Şahdəniz" yatağındakı problemlər səbəbindən bu gündən aldığımız gündəlik 1,7 milyon kubmetr qaza arxalana bilmərik. Qaz təchizatının bərpa müddəti isə bəlli deyil. Bu o deməkdir ki, bu gündən biz ehtiyatlarımızı daha güclü və daha çox xərcləməyə başlayacağıq".

O bildirib ki, Azərbaycanın texniki problemi bir-iki aya düzəldəcəyinə ümid edir.

Vuçiç etiraf edib ki, qışda istehlak daha çox olur və bütün ehtiyatları xərclənməli olacaq, lakin o, qaz və neft qıtlığının olmayacağını vurğulayıb.

“BP Azərbaycan"dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Bolqarıstan və Serbiyaya qazın nəqlinin dayandırılması Şahdəniz Alfa (SDA) platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində aşkar edilən texniki nasazlıqla bağlıdır.

“Əməliyyat səbəbi ilə SDA platformasından istehsal və ixrac müvəqqəti olaraq dayandırılıb və platformanın özü təhlükəsiz şəkildə bağlanıb. Platformada şəxsi heyət üçün heç bir təhlükə yoxdur və ətraf mühitə heç bir təsir qeydə alınmayıb. Bütün dəniz obyektləri, o cümlədən SDA platforması və boru kəməri də təhlükəsiz vəziyyətdədir”, - deyə şirkət bildirib.

BP qeyd edib ki, hazırda nasazlığın aradan qaldırılması və mümkün qədər tez normal fəaliyyətinin bərpası istiqamətində işlər aparılır.

Bundan əvvəl analoji səbəbdən Azərbaycandan Bolqarıstana təbii qazın nəqli dayandırılmışdı. Bolqarıstanın enerji operatoru "Bulgargaz"ın verdiyi məlumata görə, 7 yanvar 2025-ci il tarixindən etibarən qaz təchizatı texniki səbəblərdən müvəqqəti olaraq dayandırılıb.

“Azərbaycan tədarükçüsündən qaz təchizatının müvəqqəti dayandırılması barədə bildiriş 6 yanvar 2025-ci il tarixində alınıb”, - deyə "Bulgargaz" bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Yanvar 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri