Icma.az
close
up
RU
Sahibə Qafarova Beynəlxalq Parlament Konfransında çıxış etdi

Sahibə Qafarova Beynəlxalq Parlament Konfransında çıxış etdi

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Milli Məclisin sədri Sahibə Qafarova bu gün, dekabrın 7-də “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq Parlament Konfransında çıxış edib.

Moderator.az çıxışı təqdim edir:

“Hörmətli həmkarlar! Xanımlar və cənablar! Əziz dostlar! Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təşkil olunmuş “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Sizlərin hər birinizi – dost və qardaş ölkələrin parlamentlərinin təmsilçilərini salamlamaqdan böyük məmnunluq duyuram.

Xanımlar və cənablar! Əziz dostlar! Konfransımızın mövzusu olduqca aktualdır və hamımızla birbaşa əlaqəlidir. Ölkələrimizin siyasi həyatında parlamentlərin oynadığı rol danılmazdır. Onlar qanunvericilik hakimiyyəti funksiyasını yerinə yetirməklə, dövlətin idarə olunmasında fəal iştirak edirlər.

Bugünkü konfransımız da parlamentlərimizin rolunun daha da gücləndirilməsi, əməkdaşlığımızın və birgə fəaliyyətimizin daha da genişləndirilməsi məsələlərinə həsr olunub. İnanıram ki, konfrans çərçivəsində aparacağımız müzakirələr bu baxımdan faydalı olacaqdır.

Hörmətli konfrans iştirakçıları!

Parlamentlərimizin bugünkü fəaliyyətinə ölkələrimizdə uzun illər ərzində formalaşmış parlamentarizm ənənələrinin və təcrübələrinin təsiri olduqca böyükdür. Azərbaycanda mövcud olan parlamentarizm ənənələrindən danışarkən, mən 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətini xüsusi qeyd etmək istərdim.

Bu mənada, konfransımızın məhz bu gün keçirilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan parlamentinin ilk iclası 106 il öncə, məhz dekabrın 7-də keçirilmişdir.

Bütün Müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan Parlamenti öz fəaliyyəti dövründə milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazasının yaradılması istiqamətində mühüm addımlar atmışdı.

Həmin parlament cəmi on yeddi ay fəaliyyət göstərdi. Bununla belə, 11 müxtəlif partiyanın təmsil olunduğu, 99 üzvü olan parlament həmin dövr ərzində 145 iclas keçirmiş, 270-dən artıq qanun layihəsini müzakirəyə çıxarmış, 230-a yaxın qanun qəbul etmişdi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə parlament də öz fəaliyyətini dayandırmışdı.

Azərbaycanda Sovet hakimiyyəti illərində parlament məhdud səlahiyyətlərə malik idi və bununla belə, formal xarakter daşımasına baxmayaraq, parlamentin həmin dövrdəki fəaliyyəti parlamentarizm ənənələrinin qorunub saxlanması baxımından faydalı olmuşdur.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi isə parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldı.

Hörmətli həmkarlar! Əziz dostlar ! Qeyd etməliyəm ki, həmin dövrün ilk illəri olduqca mürəkkəb şəraitdə keçirdi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq fəaliyyətinin genişlənməsi, siyasi, iqtisadi və sosial çöküş, hakimiyyətdaxili çəkişmələr səbəbindən ölkənin parçalanmaq həddinə çatması parlamentin işində də özünü açıq büruzə verirdi.

Məhz belə bir məqamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı nəinki dövlət müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün həlledici məqam oldu, həm də mahiyyət etibarilə yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət kəsb etdi.

Heydər Əliyevin böyük siyasətə qayıdışı məhz parlamentdə başlamışdır. Ulu Öndər parlamentə rəhbərlik etdiyi dörd aya yaxın müddət ərzində Azərbaycan parlamentarizmi tarixinin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu.

Onun həm bu müddətdə, həm də sonradan prezidentlik dövründə qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər müstəqil dövlətimizin hüquqi bazasının yaradılıb inkişaf etdirilməsində, parlamentin real hakimiyyət orqanına çevrilməsində əvəzsiz rol oynamışdır.

Hörmətli konfrans iştirakçıları! Tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu olduğu kimi, müasir parlamentimizin də banisidir. Və bu parlament öz fəaliyyətində ötən dövrlərdə formalaşmış ənənələrə əsaslanır, müstəqillik və dövlətçilik amallarını təcəssüm etdirir.

Bu gün Milli Məclis Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

Əziz dostlar! Ölkələrimizin və xalqlarımızın mənafelərinin təmin olunması işi parlamentlərin rolunun, onların qanunvericilik və təmsilçilik funksiyalarının daha da gücləndirilməsini labüd edir. Hesab edirəm ki, bu çərçivədə parlamentlər arasında ortaq maraqlara əsaslanan əməkdaşlıq məsələləri keyfiyyətcə yeni xarakter alır. Bu mənada, son dövrlərin mühüm təzahürlərindən biri olan parlament diplomatiyası xüsusilə diqqəti cəlb edir.

Həqiqətən də, parlamentarizmin hazırkı inkişaf mərhələsinin əsas məqamlarından biri də budur ki, ölkədaxili siyasi sistemin əsas sütunlarından olan parlamentlərin fəaliyyəti artıq milli sərhədlərlə kifayətlənmir. Bu fəaliyyət həm də regional və qlobal müstəviyə çıxır.

Şübhəsiz ki, müəyyən etdiyimiz hədəflərə çatmaq üçün parlament diplomatiyası böyük imkanlara malikdir. Bu ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlıqlar, səmərəli dialoq, ən yaxşı təcrübələrin paylaşılması, üzləşdiyimiz çağırışlar qarşısında səylərin birləşdirilməsidir. Bütün bunlar parlament diplomatiyasının mühüm cəhətləridir.

Lakin təəssüf ki, bu gün bir sıra ölkələrdə parlamentlər hansısa siyasi maraqlardan asılı vəziyyətə düşərək, təzyiq, şantaj, böhtan və ikili standartlar alətinə çevrilirlər.

Hörmətli həmkarlar! Sabah siz Azərbaycanın Qarabağ bölgəsini - Füzuli, Şuşa və Xankəndi və Xocalı şəhərlərini ziyarət edəcəksiniz. Səfər çərçivəsində sizlər Azərbaycan torpaqlarının 30 illik işğalının ağır nəticələrinin, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşiliklərin, yerlə yeksan edilmiş şəhər və kəndlərin, dağıdılmış tarixi, mədəni və dini abidlərin canlı şahidi olacaqsınız.

Lakin eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi və böyük səyləri ilə həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri ilə tanış olacaqsınız.

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında anti-terror tədbirləri 30 illik işğala və haqsızlığa son qoydu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Eyni zamanda, məhz ölkəmizin təşəbbüsü ilə Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin yaradılması imkanlarına da yol açdı.

Bütün bu proseslər fonunda isə bir sıra Qərb ölkələri və onların parlamentləri, AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı yalan ittihamlar üzərində qurulmuş böhtan və dezinformasiya kampaniyaları aparır, ölkəmizin daxili işlərinə müdaxilə edirlər.

Bunun yeganə səbəbi isə, hörmətli həmkarlar, Azərbaycanın kimlərinsə diktəsini rədd edərək, öz torpaqlarını işğaldan azad etməsi və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsidir.

Bu tip təxribatlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyası dövründə özünü aşkar şəkildə büruzə verdi.

Azərbaycanın iqlim dəyişmələri kimi qlobal problemlə mübarizədə bütün dünyanın səylərini birləşdirməyə çalışdığı bir dövrdə, öz dar siyasi maraqlarını güdən dairələr bu qlobal tədbiri boykot çağırışı edir, ölkəmizə qarşı absurd iddialar səsləndirirdilər.

Lakin onların bu təxribatları nəticəsiz qaldı. COP29 ən yüksək səviyyədə keçirildi və əhəmiyyətli nəticələrin əldə olunması ilə başa çatdı. COP29 çərçivəsində Parlament Toplantısı təşkil etməklə bizlər də, yəni Milli Məclis bu mühüm prosesə öz töhfəmizi verdik.

Hörmətli həmkarlar! Əziz dostlar ! Təəssüf ki, əsassız təzyiqlər, ikili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrimizin tez-tez qarşılaşdığı neqativ hallardır. Bu isə öz növbəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin vacibliyini bir daha ön plana çıxarır.

Biz parlament diplomatiyasının bütün mövcud imkanlarından faydalanmaqla, konstruktiv dialoq və əməkdaşlığı rəhbər tutmaqla qarşıya qoyduğumuz hədəflərə nail ola bilərik. Bugünkü parlament konfransımız da əslində bizlərin ortaq niyyətinin bariz ifadəsidir. Mən əminəm ki, bu gün burada səslənəcək çıxışlar çox faydalı olacaqlar. Mən hamıya uğurlar arzu edirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri