Icma.az
close
up
RU
Sahibə Qafarova Buxarada Forumda iştirak etdi Fotolar

Sahibə Qafarova Buxarada Forumda iştirak etdi Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda çıxış edib Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Forumun açılış mərasimində çıxış edən spiker Sahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Asiya Qadınlar Forumunun regional dialoq və əməkdaşlıq üçün daimi platforma kimi təsis edilməsi təşəbbüsünü yüksək qiymətləndirərək, Forumun mövzusunun çox mühüm bir prinsipi əks etdirdiyini söyləyib.

Onun sözlərinə görə, qadınlara investisiya qoyuluşu davamlı inkişafa, sosial həmrəyliyə və uzunmüddətli sabitliyə investisiya deməkdir. Spiker deyib ki, qadınların səlahiyyətləndirilməsi artıq yalnız sosial məsələ deyil. Bu, davamlı inkişaf, iqtisadi dayanıqlılıq və sosial sabitlik üçün strateji prioritetə çevrilib. Milli Məclisin sədri qadınların siyasi, iqtisadi və ictimai həyatda daha geniş iştirakının daha güclü institutların, daha inklüziv inkişafın və daha möhkəm cəmiyyətlərin formalaşmasına gətirib çıxardığını bildirib. Asiya regionunun bugünkü qlobal sistemdə mühüm rol oynadığını deyən spiker Sahibə Qafarova qeyd edib ki, Asiyanın əhalisi, iqtisadi potensialı və müxtəlifliyi onu qlobal inkişafın və beynəlxalq tərəqqinin əsas hərəkətverici qüvvələrindən birinə çevirir. Bu baxımdan, parlamentin sədri regional və beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edib. Bildirib ki, təcrübə mübadiləsi, qabaqcıl təcrübələrin paylaşılması və əlaqələndirilmiş siyasətlər ümumi məqsədlərimizə nail olmaq üçün vacibdir. Çıxışında Azərbaycan qadınlarının ölkə həyatında fəal roluna dair tədbir iştirakçılarına məlumat verən spiker Sahibə Qafarova deyib ki, ölkəmiz qadınların ictimai həyatın bütün sahələrində rolunun təşviqinə yönəlmiş beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir. Onun sözlərinə görə, Azərbaycanda qadın hüquqlarının təmin olunması və gender bərabərliyinin təşviqi dövlət siyasətinin mühüm prioritetlərindəndir. Azərbaycanda qadınlar siyasi, iqtisadi, elmi və mədəni həyatda fəal iştirak edirlər, həmçinin dövlət qurumlarında, diplomatiyada, təhsil və dövlət idarəçiliyində yüksək vəzifələr tuturlar. Milli Məclisin sədri xüsusi olaraq vurğulayıb ki, Birinci vitse-prezidenti Mehriban Əliyevanın geniş ictimai və siyasi fəaliyyəti Azərbaycan qadınlarının cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi mühüm töhfəni əks etdirir. Spiker deyib ki, Mehriban Əliyeva Birinci vitse-prezident və tanınmış ictimai-siyasi xadim kimi təhsil, səhiyyə, mədəniyyət və sosial rifah sahələrində mühüm təşəbbüslərin həyata keçirilməsində aparıcı rol oynayır. Onun fəaliyyəti Azərbaycanda qadınların ictimai həyatda artan rolunu aydın şəkildə nümayiş etdirir və dövlət idarəçiliyinin ən yüksək səviyyəsində qadın liderliyinin güclü nümunəsi kimi çıxış edir. Ölkəmizdə gender sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərə də toxunan Azərbaycan parlamentinin rəhbəri qeyd edib ki, Milli Məclis də gender siyasətinin formalaşdırılmasına böyük əhəmiyyət verir.

O, qeyd edib ki, 2024-cü ildə keçirilmiş parlament seçkilərindən sonra qadınların Milli Məclisdə təmsilçiliyi daha da artıb və onlar hazırda parlament komitələrində, o cümlədən rəhbər vəzifələrdə fəal rol oynayırlar. Azərbaycan qadın hüquqlarının qanunvericilik səviyyəsində qorunması və bərabər imkanların təmin edilməsi üçün mühüm hüquqi baza yaradıb. Bu istiqamətdə əsas mərhələlərdən biri 2006-cı ildə “Gender bərabərliyi haqqında” Qanunun qəbul edilməsi olub. Sahibə Qafarovanın sözlərinə görə, bu qanun ölkə üzrə qadınlar və kişilər üçün bərabər imkanların hüquqi əsasını yaradıb. Bu gün Azərbaycanda məşğul əhalinin demək olar ki, yarısını qadınlar təşkil edir. Onların biznes, təhsil, elm və rəqəmsal iqtisadiyyatda iştirakı davamlı olaraq artır. Çıxışda həmçinin məlumat verilib ki, Azərbaycanda qadınlar azad edilmiş ərazilərdə, Qarabağda münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə də mühüm töhfə verirlər. Milli yenidənqurma prioritetlərinə və “Böyük Qayıdış” proqramına uyğun olaraq, qadınlar bu ərazilərdə sosial, iqtisadi və institusional reinteqrasiya prosesində fəal iştirak edir, infrastrukturun bərpasında, ictimai həyatın yenidən qurulmasında və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsində mühüm rol oynayırlar. O cümlədən, təhsil, səhiyyə, dövlət idarəçiliyi və yerli iqtisadi inkişaf sahələrində qadınların uzunmüddətli bərpanın və sosial həmrəyliyin gücləndirilməsinə töhfə verdiyini bildirən spiker Sahibə Qafarova, ümumilikdə qadınların yenidənqurma prosesində fəal iştirakının Azərbaycanın münaqişədən sonrakı inkişaf yanaşmasını əks etdirdiyini diqqətə çatdırıb. O, həmçinin deyib ki, insan kapitalı, o cümlədən qadınların rolu davamlı bərpa və uzunmüddətli inkişaf üçün əsas amillərdən biri hesab olunur. Çıxışının sonunda Milli Məclisin sədri bir daha qeyd edib ki, qadınlara investisiya qoyuluşu cəmiyyətlərimizdə davamlı inkişafın və uzunmüddətli sabitliyin əsasını təşkil edir. İrəlilədikcə, qadınların daha inklüziv, dinc və davamlı gələcəyin formalaşdırılmasında bərabər iştirakçı və lider kimi öz potensiallarını tam şəkildə reallaşdırmalarını təmin etmək üçün daha güclü beynəlxalq əməkdaşlıq və davamlı siyasi iradə mühüm əhəmiyyət daşıyacaq.

Açılış mərasimində, həmçinin Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova, BMT-nin Əhali Fondunun İcraçı direktoru Dien Keyta, BMT-nin Cenevrə Ofisinin rəhbəri Tatyana Valovaya və digərləri çıxışlarında tədbirin əhəmiyyətini və müzakirə olunan mövzuların aktuallığını qeyd edərək forumun işinə uğurlar arzulayıblar.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 May 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri