Sahibə Qafarova: “Əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür”
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri xüsusi olaraq qeyd edilməlidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır. Sosial sahəyə böyük diqqət yetirilir.
İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında "2026-cı ilin büdcə zərfi"nin müzakirəsi zamanı deyib.
“Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlamış, həm də büdcə xərclərinin sosial yönümlülüyünü və maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin etmişdir”,- deyə spiker əlavə edib.
Günay Şahmar, Bizim.Media
Baxış sayı:104
Bu xəbər 19 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















