Icma.az
close
up
RU
Sahibə Qafarova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri ilə görüşüb

Sahibə Qafarova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri ilə görüşüb

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, parlamentin spikeri qonaqları səmimi salamlayaraq, Nizami Gəncəvi Mərkəzinin zəngin təcrübə və biliklərə malik görkəmli şəxsləri bir araya gətirən uğurlu işini və Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzin fəaliyyətinə verdiyi yüksək qiyməti vurğulayıb. Spiker Sahibə Qafarova, Mərkəzin qlobal məsələlərin müzakirəsi və problemlərin həlli üçün mühüm platforma olduğunu, indiyədək keçirilmiş Qlobal Bakı Forumlarının əhəmiyyətini və iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini xüsusi qeyd edib.

Söhbətdə, Azərbaycanın ötən ilin dekabrında yekdilliklə COP29-un ev sahibi kimi seçildiyini vurğulayan spiker, bunun ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədəki səylərinin tanınması və dünya ictimaiyyətinin Azərbaycanın icmaları və ölkələri birləşdirən körpü qurma qabiliyyətinə olan etimadının göstəricisi olduğunu qeyd edib. Cəmi 11 ay hazırlıq müddəti olmasına baxmayaraq, COP29 Azərbaycan sədrliyinin bütün maraqlı tərəfləri cəlb etmək və onların ehtiyaclarını dəyərləndirmək istiqamətində böyük işlər gördüyü bildirilib. Bununla yanaşı, diqqətə çatdırılıb ki, hazırlıq prosesində ölkəmiz qərəzli ittihamlar, ikili standartlar və dezinformasiya kampaniyaları ilə üzləşib, lakin bütün bu maneələrə baxmayaraq, COP29 uğurla öz işinə başlayıb və bütün maraqlı tərəflərin iştirakı ilə işini davam etdirir.

Sahibə Qafarova, COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü barədə qonaqları məlumatlandırıb. Bildirilib ki, Parlament Görüşündə 90-dan çox nümayəndə heyəti bir araya gələrək, iki gün ərzində iqlim maliyyəsi, təsirlərin azaldılması, adaptasiya, şəffaflıq və milli töhfələr kimi vacib məsələləri müzakirə edib. Nəticədə, iqlim fəaliyyətlərinə parlament töhfəsi olaraq, parlamentlərimizin ümumi mövqeyini əks etdirən yekun sənəd qəbul edilib.
Görüşdə qonaqlara Milli Məclisin tarixi, strukturu, fəaliyyəti haqqında da məlumat verilib.

Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən bəhs edərək, ölkəmizin Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb.
Spiker, eyni zamanda, Fransanın müharibədən sonra Ermənistanı silahlandıraraq bölgədə vəziyyəti gərginləşdirməyə cəhdlər etdiyini bildirib və ikili standartlara diqqəti çəkib.

Qonaqlara həmçinin, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri və yaşıl enerjiyə keçid çərçivəsində “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin icrası barədə məlumat verilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa, İsmail Serageldin, üzvləri Rosen Plevneliev, Jean Baderşnayder və Denis Fransis çıxış edərək, ölkəmizi COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə təbrik ediblər. Ekoloji problemlərin həllinə həsr edilmiş bu tədbirin mühüm qlobal əhəmiyyətindən danışan çıxışçılar, Azərbaycanın dünyada artan nüfuzunu məmnunluqla qeyd ediblər, ölkəmizin ekoloji sahədəki fəallığını və dünya miqyasında yaşıl inkişafın təşviqinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə qlobal mübarizə imkanları müzakirə olunub. Həmçinin, Azərbaycanın kiçik ada dövlətlərinə verdiyi dəstəkdən söz açılıb.

Bildirilib ki, Azərbaycan kiçik ada dövlətlərinə təbii fəlakətlərin təsirini azaltmaq üçün yardımlar göstərir və bu dövlətlərin ekoloji problemlərinin həlli, həmçinin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizədə fəal iştirak edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri