Icma.az
close
up
RU
Sahibə Qafarova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri ilə görüşüb

Sahibə Qafarova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri ilə görüşüb

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, parlamentin spikeri qonaqları səmimi salamlayaraq, Nizami Gəncəvi Mərkəzinin zəngin təcrübə və biliklərə malik görkəmli şəxsləri bir araya gətirən uğurlu işini və Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzin fəaliyyətinə verdiyi yüksək qiyməti vurğulayıb.

Spiker Sahibə Qafarova, Mərkəzin qlobal məsələlərin müzakirəsi və problemlərin həlli üçün mühüm platforma olduğunu, indiyədək keçirilmiş Qlobal Bakı Forumlarının əhəmiyyətini və iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini xüsusi qeyd edib.Söhbətdə, Azərbaycanın ötən ilin dekabrında yekdilliklə COP29-un ev sahibi kimi seçildiyini vurğulayan spiker, bunun ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədəki səylərinin tanınması və dünya ictimaiyyətinin Azərbaycanın icmaları və ölkələri birləşdirən körpü qurma qabiliyyətinə olan etimadının göstəricisi olduğunu qeyd edib. Cəmi 11 ay hazırlıq müddəti olmasına baxmayaraq, COP29 Azərbaycan sədrliyinin bütün maraqlı tərəfləri cəlb etmək və onların ehtiyaclarını dəyərləndirmək istiqamətində böyük işlər gördüyü bildirilib. Bununla yanaşı, diqqətə çatdırılıb ki, hazırlıq prosesində ölkəmiz qərəzli ittihamlar, ikili standartlar və dezinformasiya kampaniyaları ilə üzləşib, lakin bütün bu maneələrə baxmayaraq, COP29 uğurla öz işinə başlayıb və bütün maraqlı tərəflərin iştirakı ilə işini davam etdirir.Sahibə Qafarova, COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü barədə qonaqları məlumatlandırıb. Bildirilib ki, Parlament Görüşündə 90-dan çox nümayəndə heyəti bir araya gələrək, iki gün ərzində iqlim maliyyəsi, təsirlərin azaldılması, adaptasiya, şəffaflıq və milli töhfələr kimi vacib məsələləri müzakirə edib. Nəticədə, iqlim fəaliyyətlərinə parlament töhfəsi olaraq, parlamentlərimizin ümumi mövqeyini əks etdirən yekun sənəd qəbul edilib.

Görüşdə qonaqlara Milli Məclisin tarixi, strukturu, fəaliyyəti haqqında da məlumat verilib.Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən bəhs edərək, ölkəmizin Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb.
Spiker, eyni zamanda, Fransanın müharibədən sonra Ermənistanı silahlandıraraq bölgədə vəziyyəti gərginləşdirməyə cəhdlər etdiyini bildirib və ikili standartlara diqqəti çəkib.Qonaqlara həmçinin, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri və yaşıl enerjiyə keçid çərçivəsində “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin icrası barədə məlumat verilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa, İsmail Serageldin, üzvləri Rosen Plevneliev, Jean Baderşnayder və Denis Fransis çıxış edərək, ölkəmizi COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə təbrik ediblər. Ekoloji problemlərin həllinə həsr edilmiş bu tədbirin mühüm qlobal əhəmiyyətindən danışan çıxışçılar, Azərbaycanın dünyada artan nüfuzunu məmnunluqla qeyd ediblər, ölkəmizin ekoloji sahədəki fəallığını və dünya miqyasında yaşıl inkişafın təşviqinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə qlobal mübarizə imkanları müzakirə olunub. Həmçinin, Azərbaycanın kiçik ada dövlətlərinə verdiyi dəstəkdən söz açılıb.Bildirilib ki, Azərbaycan kiçik ada dövlətlərinə təbii fəlakətlərin təsirini azaltmaq üçün yardımlar göstərir və bu dövlətlərin ekoloji problemlərinin həlli, həmçinin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizədə fəal iştirak edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri