Icma.az
close
up
RU
Sahibə Qafarova: “Sülh gündəliyi Azərbaycanın səyləri ilə addımaddım irəliyə aparılır”

Sahibə Qafarova: “Sülh gündəliyi Azərbaycanın səyləri ilə addımaddım irəliyə aparılır”

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 7 noyabr tarixli plenar iclasında çıxış edib.

Hurriyyet.az bildirir ki, spiker sabah xalqımızın Zəfər Gününü qeyd edəcəyini vurğulayıb və çıxışını bu, tarixi günə həsr edib:

“Dörd il bundan əvvəl noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Vətən müharibəsində Zəfər yürüşünü qələbə ilə başa çatdırmışlar. 44 gün ərzində cəsur əsgər və zabitlərimizin Qarabağ torpağında hər addımı, azad edilmiş torpaqlarda yüksəldilən hər bayrağımız ilə Azərbaycanın qanuni hüquqları bərpa edilmişdir. 8 Noyabr Zəfəri sayəsində əzəli torpaqlarımızın 30 illik işğalına son qoyulması təkcə bizim ölkəmiz üçün deyil, həm də türk dövlətləri, bütün dünya üçün tarixi bir hadisədir. Haqq-ədalətin və dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi sayəsində Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu gerçəkləşmişdir. Son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulmuşdur. Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlanmışdır”.

S.Qafarova qeyd edib ki, Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil edib:

“Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilmişdir. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olmuşdur. Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin edərək Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirmişdir. Bununla əlaqədar mən möhtərəm cənab Prezidentin sözlərini xatırlatmaq istərdim: “Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

Hörmətli deputatlar!

Hazırda bölgədə daimi sülh və sabitlik yaradılması məqsədi ilə Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Ermənistanla danışıqlar davam etdirilir. Göstərilən bütün təzyiqlərə, maneələrə, xüsusən bölgədən kənar qüvvələrin cəhdlərinə baxmayaraq, sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır”.

Sədr bildirib ki, bu gün öz həyatının yeni dövrünü yaşayan Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri getdikcə daha geniş vüsət alır: “Məcburi köçkünlərimiz doğma yurdlarına dönərək dinc həyata başlayırlar. Xüsusi qeyd edilməlidir ki, dövlət başçısı cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva müntəzəm olaraq bölgəyə səfərlər edir, aparılan işləri diqqətdə saxlayırlar.

Hörmətli həmkarlar!

İcazə verin, tarixi qələbələri Azərbaycana bəxş etmiş Ali Baş Komandana, Silahlı Qüvvələrin əsgər və zabitlərinə, qazilərimizə minnətdarlığımızı bildirək və onları ürəkdən təbrik edək. Təklif edirəm, Zəfər Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin rifahı və tərəqqisi naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq.

Hörmətli deputatlar!

Biz həm Birinci, həm də İkinci Qarabağ müharibəsində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizi, Ermənistanın soyqırımı və dövlət terrorizmi aktları nəticəsində qətlə yetirilmiş dinc soydaşlarımızı heç zaman unutmuruq, onların xatirəsini daim əziz tuturuq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Sədr son olaraq qeyd edib ki, Azərbaycanın tarixi qəhrəmanlıq, mərdlik və mətinlik tarixidir:

“Xalqımız bütün çətinliklərə sinə gərmiş və həlledici döyüşdə Zəfər qazanıb. Bu gün biz döyüş meydanında qələbə ilə birlikdə, bütün xalqımızı birləşdirən, onu “Dəmir yumruğa” çevirən yenilməzlik ruhunu da qeyd edirik. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq, siyasi və iqtisadi qüdrətini artırmaq, mədəniyyətini inkişaf etdirmək, xalqın rifahını yüksəltmək əzmi ilə gələcəyə doğru inamla addımlayır”./Tribunainfo.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see243

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see240

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see234

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see201

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see197

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see188

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see175

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see172

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see172

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see172

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see169

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see167

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see161

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see160

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see159

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see156

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see156

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see156

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri