Icma.az
close
up
RU
Sahibə Qafarova Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb

Sahibə Qafarova Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29 çərçivəsində Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Zimbabve Milli Assambleyasının sədri Yakob Mudenda ilə görüşüb. SİA xəbər verir ki, Parlament Görüşündə iştirakına görə qonağa təşəkkür edən spiker Sahibə Qafarova xatırladıb ki, Zimbabve Prezidenti Emmerson Mnanqaqva da COP29-da iştirak edib.

Onun sözlərinə görə, bu, Zimbabvenin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini göstərir.Parlament Görüşünün uğurla başa çatdığını qeyd edən Milli Məclisin sədri deyib ki, iclasın yekunu olaraq qəbul edilmiş yekun sənəd iqlim dəyişikliyi məsələsində bizim ümumi mövqeyimizi əks etdirir. Vurğulanıb ki, belə beynəlxalq tədbirlər həm də görüşmək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı əldə etmək baxımından da vacibdir.

Yakob Mudenda həm COP29, həm də Parlament Görüşünün çox uğurla təşkil olunması münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın evsahibliyi ilə keçirilən bu mühüm qlobal tədbirə beynəlxalq marağın böyük olduğunu bildirib. O, COP29 çərçivəsində keçirilən müzakirələrdə az inkişaf etmiş ölkələrə dəstək göstərilməsi ilə bağlı çağırışların vacib olduğunu söyləyib.Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

Bildirilib ki, Azərbaycan Afrika dövlətləri ilə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına sadiqdir. Zimbabve də onlardan biridir. Ölkələrimiz arasında müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində güclü siyasi əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Bu da öz növbəsində digər sahələrdə də əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaradır.Söhbət zamanı Zimbabvenin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində daha fəal iştirak etməsinin önəmi qeyd edilib. Vurğulanıb ki, bu şəbəkə müxtəlif ölkələrin qanunvericilərinə geniş mövzular üzrə əhəmiyyətli müzakirələr aparmaq üçün əvəzolunmaz platforma təqdim edir.

Milli Məclisin sədri Sahibə Qafarova regionda mövcud olan vəziyyət haqqında da məlumat verib. Qeyd edilib ki, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən Azərbaycana qarşı təzyiq cəhdləri və qarayaxma kampaniyaları həyata keçirilib. O, xüsusilə COP29 ərəfəsində bu cəhdlərin daha da genişləndiyini bildirib. Spikerin sözlərinə görə, iqlim dəyişiklikləri ilə bağlı məsələlər bütün dünyanı narahat edir və hər kəs bu məsələlərin həllinə töhfə verməlidir.

Sahibə Qafarova həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yaşıl enerji layihələri, "ağıllı şəhər" "ağıllı kənd" konsepsiyaları əsasında görülən işlər barədə də qonağa məlumat verib.Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2024 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri