Sahibkarlar 70 insanla razılaşır, 2 si ilə yox Fazil Mustafa
Icma.az, Sfera.az saytına istinadən bildirir.
"Bu günlərdə tikinti şirkəti tərəfindən mülkiyyətçinin evinin qanunsuz olaraq sökülməsi baş verdi. Bu, qanunsuz addım idi. Lakin bununla bağlı sahibkarların hüquqlarının müdafiəsi məsələsi də gündəmə gəlməlidir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, sahibkarlar 70 insanla razılaşır, 2-si ilə razılaşa bilmir.
"Bu zaman tikiləcək mənzillər artıq rentabelli olmur. Aydındır, mülkiyyətçi evin baha qiymətə satılmasını istəyir, lakin qiymət reallığa uyğun olmalıdır. Burada optimal qiymətləndirmə tətbiq edilməlidir. Optimal qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Müvafiq qurumlar həm sahibkara, həm də mülkiyyətçiyə kömək edən addımlar atmalıdır. Çünki sahibkar və mülkiyyətçi arasında bu məsələlər uzandıqca qəzalı binalar problemi qalmağa davam edəcək”.
Firuzə Əliyeva
Baxış sayı:90
Bu xəbər 11 Aprel 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















