Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
2026-cı ilin I yarısında KOB evlərində sahibkarlara daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri ilə bağlı xidmətlər göstərilib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2026-cı ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (129698 xidmət), “Azərpoçt” MMC (46020 xidmət), Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (29867 xidmət), Dövlət Gömrük Komitəsi (14481 xidmət) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (13962 xidmət) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib. Ümumilikdə cari ilin I yarısında bu beş qurum tərəfindən KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim edilib.
Sahibkarlar adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı müraciət ediblər.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində KOB evlərində (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) sahibkarlara ümumilikdə 312365 xidmət göstərilib ki, bunlardan 271996-sı G2B, 40369-u B2B xidmətlər olub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evlərində sahibkarlara biznesə başlamaq və biznesi inkişaf etdirmək üçün ümumilikdə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 400-dən çox xidmət göstərilir.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 07 Avqust 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















