Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Orxan Məmmədov: KOB bələdçisi sahibkarlar üçün daha faydalı vasitəyə çevrilə bilər

Orxan Məmmədov: KOB bələdçisi sahibkarlar üçün daha faydalı vasitəyə çevrilə bilər

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda fəaliyyət göstərən KOB-lara praktiki dəstək üzərində fokuslanıb".

Oxu.Az xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci Plenar iclasında bildirib.

Sədr qeyd edib ki, KOB evləri bir pəncərə prinsipi ilə qeydiyyat, lisenziyalaşdırma, maliyyə məsləhətləri və ixrac bazarlarına çıxış xidmətlərini bir arada təqdim edir:

"Bu model sahibkarlıq proseslərini sadələşdirməklə yanaşı, sahibkarlara inkişaf üçün lazım olan resursları təmin edir. Biz digər AQEM ölkələrini də bu cür modelləri nəzərdən keçirməyə və sahibkarlığı təşviq etməyə çağırırıq".

KOBİA sədri vurğulayıb ki, AQEM-in Nazirlər Şurasının qərarına əsasən, 2024-cü ildən başlayaraq 2026-cı ilə qədər müşavirəyə Azərbaycan sədrlik edəcək:

"Azərbaycanın sədrliyi dövründə məqsədimiz Qazaxıstanın əvvəlki sədrliyi çərçivəsində irəli sürülmüş təşəbbüslərin üzərində durmaq və bizneslərimizə real fayda verəcək praktiki təşəbbüslərə fokuslanmaq olub. Bu təşəbbüslərdən biri AQEM Katibliyinin təqdim etdiyi KOB bələdçisidir. Bu layihə biznesə başlama, maliyyələşməyə çıxış və yeni bazarlara daxil olmaqla bağlı praktiki tövsiyələri özündə birləşdirən faydalı bir resursdur. Burada biznesin qeydiyyatı, tənzimləyici çərçivələr və investisiya imkanları ilə bağlı mühüm məlumatlar yer alır. Lakin bu bələdçinin tam potensialına çatması üçün bütün üzv dövlətlərin töhfələri ilə zənginləşdirilməsi vacibdir. Sizin təcrübələriniz, yaxşı təcrübə nümunələriniz və tövsiyələriniz onu region üzrə sahibkarlar üçün daha faydalı və əhatəli bir vasitəyə çevirə bilər".

O.Məmmədov, həmçinin deyib ki, yerli məlumatların, hüquqi yeniliklərin və uğurlu təcrübələrin paylaşılması ilə bu bələdçini KOB-ların biznes mühitində uğurla fəaliyyət göstərməsi üçün əsas resursa çevirmək olar:

"Bugünkü sessiya, həmçinin KOBİA-nın həyata keçirdiyi bəzi əsas sahələri və ən yaxşı təcrübələri təqdim etmək üçün bir imkandır. Rəqəmsal transformasiya sədrliyimizin əsas prioritetlərindən biridir. Biz inanırıq ki, KOB-ların rəqəmsal alətlər və platformaları tətbiq etməsi onların əməliyyat səmərəliliyini artırmaqla yanaşı, yeni bazarlara çıxışı da genişləndirəcək. Bu istiqamətdə biz KOB-lar üçün rəqəmsal marketinq, e-ticarət və məlumatların idarə olunması üzrə təlimlər təşkil edirik. Bundan əlavə, biz qadın sahibkarlığının dəstəklənməsinə də xüsusi önəm veririk. Qadınların rəhbərlik etdiyi bizneslərin dəstəklənməsi dayanıqlı iqtisadi inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Sədrliyimiz çərçivəsində qadın sahibkarlar üçün təlim, mentorluq və şəbəkələşmə imkanlarını təmin edən xüsusi təşəbbüslər keçirməyi planlaşdırırıq".

Sədr bildirib ki, digər əsas prioritet sahə yaşıl iqtisadiyyatdır:

"Biz KOB-ları dayanıqlı biznes təcrübələrini mənimsəməyə və ESG - ətraf mühit, sosial məsuliyyət və idarəetmə prinsiplərini əməliyyatlarına inteqrasiya etməyə təşviq edirik. Azərbaycanın sədrliyi çərçivəsində təsis edilmiş Bakı İqlim Koalisiyası yaşıl biznes təşəbbüslərinin təşviqi və KOB-ların dayanıqlı fəaliyyətə keçidini dəstəkləmək üçün nümunə təşkil edir".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see219

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see168

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see149

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see143

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see140

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see135

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see135

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see133

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see132

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see131

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see130

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri