Icma.az
close
up
RU
Sahibkarların POS terminal oyunu : Vətəndaşları necə aldadırlar?

Sahibkarların POS terminal oyunu : Vətəndaşları necə aldadırlar?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nağdsız ödənişlərin təşviqi məqsədilə POS-terminal istifadəsinin məcburi tətbiqi bazarda gözlənilməz nəticələr doğurub. Son dövrlər bəzi mağazalarda eyni məhsul üçün iki fərqli qiymət formalaşıb: nağd ödəniş üçün bir, kartla ödəniş üçün isə daha yüksək məbləğ. Artıq alıcılar tez-tez "kartla baha, nağd ucuz" dilemması ilə üz-üzə qalırlar. Məsələn, üzərində 100 manat yazılan məhsul nağd alındıqda həmin qiymətə satılır, lakin POS-terminal vasitəsilə ödəniş zamanı müştəridən 105 manat tələb olunur. Sahibkarlar kartla ödəyən müştərilərə endirim tətbiq etmir, bəzi hallarda isə açıq şəkildə əlavə haqq qoyurlar. Bu praktika isə faktiki olaraq vətəndaşları nağdsız ödənişdən çəkindirir, nağd dövriyyəni isə stimullaşdırır. Halbuki dövlət siyasətinin əsas məqsədi kölgə iqtisadiyyatını azaltmaq və ödənişlərin şəffaflığını artırmaqdır. Mövcud vəziyyət isə bu hədəflə ziddiyyət təşkil edir və yeni suallar yaradır: qiymət fərqləri nə dərəcədə qanunidir və bu tendensiya istehlakçıların hüquqlarına necə təsir göstərir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Qanunla qadağandır"

Vergi sahəsi üzrə ekspert Mahmud Abasquliyevin sözlərinə görə, nağdsız ödənişlərin təşviqi məqsədilə yeni qaydalar qəbul olunub: "2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, nağdsız ödənişlə işləyən vergi ödəyiciləri üçün ümumi dövriyyənin hesablanmasında güzəştlər tətbiq edilir. ƏDV üzrə qeydiyyat üçün dövriyyə həddi mövcuddur və sadələşdirilmiş vergi ödəyiciləri, eləcə də gəlir vergisi ödəyiciləri 12 ay ərzində ardıcıl dövriyyələri 200 min manatı aşdıqda ƏDV ödəyicisi olurlar. Bu həddin daha tez aşılmaması və nağdsız dövriyyəyə üstünlük verilməsi məqsədilə POS-terminal üzrə aparılan əməliyyatlarda dövriyyəyə 0,5 əmsal tətbiq edilir. Məsələn, sahibkar POS-terminal vasitəsilə 270 min manatlıq satış həyata keçiribsə, dövriyyə hesablanarkən bunun yalnız 135 min manatı nəzərə alınır və bu halda o, ƏDV ödəyicisi statusuna keçmir. Bu güzəşt məhz nağdsız ödənişlərin təşviqi məqsədi daşıyır".

Ekspert sahibkarların belə addım atmasının səbəblərindən də bəhs etdi: "Buna baxmayaraq, bəzi sahibkarlar qanundan yayınmağa çalışır və məhsulu nağd ödəniş zamanı ucuz, nağdsız ödəniş zamanı isə baha satırlar. Halbuki nağd və nağdsız ödənişlər arasında qiymət fərqinin tətbiqi qanunla qadağandır. Bu praktikanın əsas səbəblərindən biri kartla daxil olan vəsaitin bank hesabında qalması və sonradan nağdlaşdırılarkən banklar tərəfindən müəyyən komissiyaların tutulmasıdır. Sahibkarlar bu xərcləri kompensasiya etmək üçün qiymət fərqi tətbiq edirlər. Lakin bu, hər bir halda qanuna ziddir".

"Sahibkar üçün ciddi risklər yaradır"

M.Abasquliyevin fikrincə, belə hallar sahibkarın özü üçün də ciddi risklər yaradır: "Səyyar vergi yoxlamaları zamanı eyni məhsulun fərqli qiymətlərlə satıldığı müəyyən edilərsə, Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, bazar qiyməti tətbiq olunar və bütün satışlar yüksək qiymət üzrə hesablanaraq əlavə vergi tutulması mümkündür. Bu isə dövriyyənin aşılması və əlavə vergi yükünün yaranması ilə nəticələnir. Sahibkarlar bəzən bu addımların onların xeyrinə olduğunu düşünsələr də, gələcəkdə yarana biləcək riskləri nəzərə almırlar".

"Nağdsız ödənişlər qanunvericiliyin tələbidir"

İqtisadçı Eyyub Kərimli də düşünür ki, nağdsız ödənişlər qanunvericiliyin tələbidir: "Sahibkarın ödənişi nağd və ya kartla qəbul etməsində məhdudiyyət olmasa da, bəzi hallarda nağd ödənişlərdən vergidən yayınmaq məqsədilə istifadə edilir. Nağd və nağdsız ödənişlər arasında qiymət fərqinin tətbiqi ciddi qayda pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır. Müştərilər bu cür hallarla qarşılaşdıqda müvafiq qurumlara şikayət edə bilərlər".

E.Kərimlinin sözlərinə görə, nağdsız ödənişlərin azalması iqtisadiyyatda vergidən yayınma hallarına yol açır: "Halbuki dövlət tərəfindən nağdsız ödənişlər üçün sahibkarlara güzəştlər tətbiq edilir. Bu səbəbdən sahibkarların əksinə, nağdsız ödənişlərdə daha çox maraqlı olmaları məqsədəuyğundur".

"Qanunsuz ödəniş üsullarına razılaşmamalıdırlar"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, hökumət nağdsız ödənişləri genişləndirməyi təşviq edir və bu istiqamətdə konkret qərarlar mövcuddur: "Amma bəzi biznes subyektləri bu siyasətə qarşı çıxaraq, istehlakçılardan nağd ödəniş tələb edirlər. Məqsəd vergidən yayınmaqdır".

E.Hüseynov vətəndaşları belə hallarla qarşılaşdıqda müvafiq qurumlara məlumat verməyə çağırdı: "İstehlakçılara "nağd ucuz, kartla baha" kimi şərtlərin qoyulması tamamilə qanunsuzdur. Kartdan-karta köçürmələrlə ödənişlərin qəbulu da qanunvericiliyə uyğun hesab edilmir. Belə biznes qurumları istehlakçılar tərəfindən boykot edilməli, vətəndaşlar endirim və ucuzluq naminə qanunsuz ödəniş üsullarına razılaşmamalıdırlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Mart 2026 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri