Icma.az
close
up
RU
Vəkillər Kollegiyasının adından saxtakarlıq: vətəndaşları necə aldadırlar

Vəkillər Kollegiyasının adından saxtakarlıq: vətəndaşları necə aldadırlar

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vəkillər Kollegiyasının rəsmi saytına oxşar saxta sayt yaradılıb. Qanunsuz pul əldə etmək istəyən şəxs və ya şəxslər həmin sayt vasitəsilə insanlara qarşı fişinq hücumları həyata keçirirlər. Bu barədə Vəkillər Kollegiyasının mətbuat xidmətindən bildirilib.

Bizimyol.info xəbər verir ki, məqsəd vəkil və vətəndaşları çaşdırmaq, onların məlumatlarını ələ keçirmək və potensial olaraq qanunsuz fəaliyyətlər göstərməkdir.

Həmin saytda Vəkillər Kollegiyasının rəsmi saytında olduğu kimi, Kollegiya üzvləri ilə bağlı məlumatlar, əlaqə nömrələri yerləşdirilib, vəkillərin reyestrləri qeyd edilib.

“Eyni zamanda həmin şəxs və şəxslər bir qrup vəkilə yerli və xarici ölkələrin mobil nömrə qeydiyyatında olan “WhatsApp” vasitəsi ilə mesajlar yazaraq, guya nömrələri “vakil-az.com” saytından əldə etdiklərini və hüquqi yardıma ehtiyaclarının olduqlarını bildiriblər. Yazışmalar zamanı göndərilən mesajların saxta olduğu və müraciətlərin fişinq hücumu məqsədi daşıdığı məlum olub.

Vətəndaşlardan xahiş olunur ki, bu cür şübhəli internet resurslarına güvənməsin və kibertəhlükəsizlik qaydalarına riayət etsinlər. Saytın ünvanını diqqətlə yoxlamaq və yalnız rəsmi səhifəyə daxil olmaq lazımdır. Eyni zamanda şübhəli saytlara və mesajlara şəxsiyyət vəsiqəsi məlumatlarını, bank kartlarını və ya digər şəxsi informasiyanı daxil etmək olmaz”, - Vəkillər Kollegiyasından bildirilib.

Həmçinin tövsiyə olunub ki, belə hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına və Vəkillər Kollegiyasına məlumat verilsin.

Vəkillər Kollegiyasının rəhbərliyi də məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verib, hazırda araşdırma aparılır və vətəndaşların hüquqlarının qorunması üçün lazımi tədbirlər görülür.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Aprel 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri