Icma.az
close
up
RU
“Sahibkarlıqda idarəetmənin rolu” mövzusunda tədbir keçirilib

“Sahibkarlıqda idarəetmənin rolu” mövzusunda tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Sahibkarlıqda idarəetmənin rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında akademiyanın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək, müasir dövrdə idarəetmə və sahibkarlığın vəhdətinin iqtisadi inkişafda oynadığı rolun vacibliyini vurğulayıb, gənclərin bu sahələrdə bilik və bacarıqlarının artırılmasının əhəmiyyətindən bəhs edib. Rektor qeyd edib ki, bu kimi təşəbbüslər gənclərin dövlət-özəl sektor münasibətləri ilə daha yaxından tanış olmalarına və gələcək karyera planlarını düzgün istiqamətləndirmələrinə geniş imkanlar yaradır.

Tədbirin fəxri qonağı – Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafında dövlətin rolu, tətbiq edilən dəstək mexanizmləri, eləcə də idarəetmə strategiyalarının sahibkarlıq fəaliyyətinə təsiri barədə ətraflı məlumat verib. O, gənclərə praktiki tövsiyələr verməklə yanaşı, onları innovativ təşəbbüslərlə çıxış etməyə və sahibkarlıq mühitində fəal olmağa çağırıb.

Tədbirin sonunda Dövlət İdarəçilik Akademiyasının dekanı, dosent Elnur Əliyevin moderatorluğu ilə keçən görüşdə tələbələrin sualları cavablandırılıb, gəncləri maraqlandıran mövzular ətrafında fəal fikir mübadiləsi aparılıb. Sual-cavab sessiyasında çıxış edən Orxan Məmmədov iştirakçıların ideyalarını dinləyərək onlara peşəkar yanaşmalar və praktik məsləhətlər təqdim edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri